Qırğızıstan səfərində prezidentə təqdim edilən kitabda nələrdən bəhs edilir? - ÖZƏL

11 oktyabr tarixində prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri dostluq, qardaşlıq simvolları ilə yadda qalıb. Görüşdə Qırğızıstan prezidenti Sadır Japarov prezident İlham  Əliyevə "Qırğızlar" haqqında kitab hədiyyə edib. Kitab 4 dilə tərcümə edilib. Kitab Azərbaycan dilinə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə çevrilib. Kitabda qırğızların adət-ənənəsi, tarixi, dahi şəxsiyyətləri haqqında məlumatlar toplanıb. İlham Əliyev kitabın mühüm əhəmiyyətə sahib olduğunu, iki ölkənin bir-birinin tarixi ilə fəxr etməli olduğunu bildirib.
Kitabın Çingiz Aytmatov haqqında bəhs edilən hissəsində yazıçının Bakıya səfəri haqqında qeyd edilib ki, "Xüsusilə qeyd etmək lazımdır ki, 2008-ci il yazıçının 80 illik yubileyi ilə əlaqədar Qırğızıstanda "Çıngiz Aytmatov" ili elan olunmuşdu. Dünyaşöhrətli yazıçının birinci və axırıncı yubiley mərasimi türkdilli dövlətlərin siyasətinə dəstək fondunun təşəbbüsü ilə Bakıda keçirilmişdir. Bakıda keçirilən yubiley mərasimi çərçivəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Çingiz Aytmatovu qəbul etmiş, onu №1 "Dostluq" ordeni ilə təltif etmişdir". Həmçinin İlham Əliyevə təqdim edilən Heydər Əliyev haqqında albomun materialları  və görüş zamanı nümayiş etdirilən "İki dahi şəxsiyyət" filmi də türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə hazırlanıb.   Filmdə Heydər Əliyevin Qırğızıstan səfərinə aid videomaterillardan istifadə edilib. Rəsmi qəbul zamanı İlham Əliyev Heydər Əliyevin Qırğızıstana Manasın 1000 illik yubileyinə olan səfərin görüntülərinin çox təsirli olduğunu bildirib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31