Fransa tarixən işğalçı olub, ona görə indi də işğalçının yanindadır - ÖZƏL

"Fransa prezidenti Emmanuel Makron görünür ki, hazırda regionda və dünyada gedən prosesləri doğru analiz edə bilmədiyindən sülhə mane olan bəyanatlar verir. Fransa tarixən işğalçı olub, ona görə indi də işğalçının yanindadır". Bu fikirləri "OLAYLAR"-a politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki, məhz bu yanlış siyasəti ucbatından bu kimi siyasətçilər bu gün Avropa məkanını çətin duruma salıblar: "Fransa əvvəlki qədər gücə malik deyil, bunun biz 44 günlük müharibədə şahidi olduq. İstər Ermənistan, istərsə də Fransa Azərbaycan və Türkiyənin yaratdığı yeni reallıqlarla hesablaşmalıdır".

Politoloq bildirib ki, Azərbaycan məhz Avropa İttifaqının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə sülh danışıqlarında iştirak edir, Fransada prezidenti tərəfindən isə bu kimi kənar təşəbbüslər yalnız və yalnız Qərbi bu proseslərdən kənarda qoyur: "Fransa Prezidenti Emmanuel Makronun son açıqlamalarından sonra Azərbaycan ictimaiyyəti artıq Avropa İttifaqının bölgəyə göndərmək istədiyi missiyaya etimad göstərməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31