Putin İlham Əliyevi və Nikol Paşinyanı Rusiyaya dəvət edib
14 Oktyabr 2022 12:15 SiyasətRusiya Prezidenti Vladimir Putin bu gün keçirilən MDB Dövlət başçıları şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiyaya dəvət edib.
Olaylar.az bu barədə Trend-ə istinadən məlumat verir.
O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli formatda dəfələrlə görüşüb.
"Mən məmnuniyyətlə Azərbaycan Prezidentini və Ermənistan baş nazirini dəvət edirəm. Görüşün vaxtını dəqiqləşdirmək lazımdır. Rusiyada istənilən vaxtda və istənilən yerdə, Soçi, Peterburq və ya Moskvada görüşmək olar", - deyə V.Putin bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31