Gəlir deklorasiyası korrupsiyaya qarşı mübarizədə bir vasitədir - Deputat

"Azərbaycan iqtisadiyyatı 2018-ci ildən sonra aparılan islahatlar nəticəsində tam sağlamlaşmaya doğru gedir. Halbuki, gəlir deklarasiya olan ölkələr var ki, onlarda korrupsiyanın səviyyəsi çox yüksəkdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Əli Hüseynli parlamentin plenar iclasında deyib. Bildirib ki, qanunvericilikdə gəlir deklarasiyası ilə bağlı maddə də var və o, hazırlanma mərhələsindədir.

Ə.Hüseynli həmkarı Vahid Əhmədovun ölkədə maliyyə amnistisiyasının tətbiqinin zəruri olmasına dair fikirlərinə də münasibət bildirib: "Qanunvericilik baxımından Vahid müəllim haqlıdır, amma yenə də deyirəm ki, digər üsullar korrupsiyaya qarşı mübarizədə daha çox effekt verir. Maliyyə amnistisiyası tətbiq edilən ölkələrdə iqtisadiyyat tam kriminallaşır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31