Azərbaycandan xaricə külli miqdarda pullar çıxarılır - Vahid Əhmədov

"Azərbaycandan qeyri-qanuni pul köçürülmələri çoxdur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin iclasında çıxışı zamanı bildirib. Deputat qeyd edib ki, hər il də bu rəqəm artır: "DSX və DTX da bununla bağlı cinayət işləri açırlar. Lakin bəziləri yenə də müəyyən yollar taparaq Azərbaycandan xaricə külli miqdarda pullar çıxarır. İnsanlar 30 ildə vəsait qazanıblar, həmin pulların da əksər hissəsi xaricə çıxarılır, orada mülk və obyektlər alırlar. Lakin bunun Azərbayacana heç bir xeyri yoxudr".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31