Makronun çıxışının heç bir nəticəsi olmayacaq - Deputat

"Son günlər Fransa prezidenti Emmanuel Makronun siyasi etikaya, dövlətlərarası münasibətlər sisteminə sığmayan açıqlamalar verir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı Milli Məclisin iclasında çıxışı zamanı deyib. Deputat qeyd edib ki, Makronun bu cür bəyanatlarla çıxış etməsinin bir səbəbi var: "Azərbaycan Prezidenti müstəqil siyasət yürüdür və Azərbaycan dövlətinin maraqlarını müdafiə edir. Ona görə də belə çıxışlar çox olacaq və belə çıxışları bundan sonra da gözləməliyik. Amma bu çıxışların heç bir nəticəsi olmayacaq. Fransa prezidenti əgər bu açıqlamalarını davam etdirəcəksə, o zaman Fransa bütün Qafqazı itirəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31