Milli QHT Forumunun 10-cu qurultayı keçiriləcək - ÖZƏL
14 Oktyabr 2022 12:01 SiyasətMilli Qeyri Hökumət Təşkilatları Forumunun (MQF) 10-cu qurultayı keçiriləcək. Bu barədə məlumatı "OLAYLAR"-a Forumun prezidenti Rauf Zeyni verib. Bildirib ki, qurultayda MQF-nin 9-cu qurultaydan keçən dövr ərzindəki fəaliyyəti barədə hesabat veriləcək, qurumun yeni İdarə Heyəti və rəhbərliyi seçiləcək.
Rauf Zeyni Milli Qeyri-Hökumət Təşkilatları Forumunun 10-cu qurultayının noyabrın 12-də keçirilməsinin nəzərdə tutulduğunu deyib.
Qeyd edək ki, Azərbaycan Milli QHT Forumu (MQF) 1999-cu il iyun ayının 11-də 95 QHT tərəfindən təsis edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31