İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir - FOTO
14 Oktyabr 2022 10:05 SiyasətOktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilir.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.
İclasda iştirak edən dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.
Sonra MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası işə başladı.
Məqaləyə dair fotomateriallar:



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31