Astanada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının üçtərəfli görüşü başlayıb
14 Oktyabr 2022 10:04 SiyasətQazaxıstanın paytaxtı Astanada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüşü başlayıb.
Olaylar.az bildirir ki, Rusiyanın XİN başçısı Sergey Lavrov görüşlə bağlı "Ermənistan, Azərbaycan və Rusiya XİN rəhbərlərinin görüşü üçtərəfli sazişlərin icrası barədə danışmaq üçün əlverişli fürsətdir" deyib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə söyləyib: "Danışıqlarda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və Qarabağ məsələsinin nizamlanması kontekstində həll yollarını tapmaq mümkün olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31