Prezident İlham Əliyev: Azərbaycan və Qazaxıstan arasında müttəfiqlik ortaq köklərə və ümumi maraqlara əsaslanır

Gələcək infrastruktur planlarımızın əlaqələndirilməsi zamanı biz Transxəzər marşrutunun buraxılış qabiliyyətinin genişləndirilməsi üzrə bundan sonrakı işləri sinxronlaşdıra bilərik. Bu, bizim ölkələrin və xalqların marağında, qonşuluğumuzdakı ölkələrin maraqlarında olacaq.

Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 13-də Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü zamanı deyib.

Transxəzər marşrutunun çox ciddi davamı olacağını vurğulayan dövlətimizin başçısı deyib: "Digər bütün məsələlər üzrə isə, Siz qeyd etdiyiniz kimi, bizim ölkələr müttəfiqdir, strateji tərəfdaşdır. Bu müttəfiqlik ortaq köklərə və ümumi maraqlara əsaslanır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31