Fransa ilə münasibətlərimizə ciddi nəzər yetirmək lazımdır - ÖZƏL
13 Oktyabr 2022 17:42 Siyasət"Fransa ilə münasibətlərimizə ciddi nəzər yetirmək, bu ölkə ilə əlaqələrdə müəyyən korrektlər etməyə ehtiyac var". Bu fikirləri "OLAYLAR"-a Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov Fransa prezidentinin bu günlərdə verdiyi açıqlama və Qarabağın Azərbaycan tərəfindən işğal edilməsi barədə sərsəmləmələrinə münasibət bildirərkən səsləndirib. O bildirib ki, bu heç də makronların, sarkozilərin, yaxud bir başqasının şəxsi yanaşması deyil: "Bu ümumilikdə Fransa dövlətinin, fransızların Azərbaycana qarşı olan qeyri-obyektiv münasibətinin göstəricisidir. Ermənilərin işğal altında olan dövründə neçə Fransa şəhər merinin qanunsuz olaraq Azərbaycanın Qarabağ ərazisinə səfər etdiyinin, çoxsaylı fransız turistlərinin yenə də Qarabağa qeyri-qanuni olaraq turistik səfərlərə gəldiyinin şahidi olmuşuq. Ona görə də hesab edirəm ki, ümumilikdə Fransa barədə ciddi addımların atılması, bu ölkə ilə münasibətlərə yenidən nəzər salınmasına çox ciddi ehtiyac var". AVP rəsmisi deyib ki, makronların da xisləti, mahiyyəti erməniləri kimi dəyişməzdir: "Praqada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla, Azərbaycan dövlət başçısı İlham Əliyevlə görüşəndə əzilib-büzülən, bir növ yazıq, yaltaq cildinə girən Fransa prezidenti Makron görüşdən cəmi bir neçə saat sonra yenə də ənənəsinə sadiq qalaraq sərsəmləyib, Azərbaycanın ünvanına həqiqətə uyğun olmayan fikirlər səsləndirib6 "Hesab edirəm ki, nə qədər ki, Ermənistanla sülh müqaviləsi bağlanmayıb və regionda sülh təımin olunmayıb Fransa ilə bütün münasibətlərə sərhəd çəkmək, onunla hansısa formatlarda görüşlərdə iştirakdan imtina etmək lazımdır".