"Azərbaycan istənilən siyasi masada aktiv ölkələrdən birinə çevrilib"- ÖZƏL

"Azərbaycan  Prezidenti  İlham  Əliyev  Astanadakı çıxışında  bir neçə mühüm məsələyə toxundu. Məsələn, Zəngəzur dəhlizi məsələsi.  Çox önəmli bir fikir söylədi ki, tərəfi və ya tərəfləri Zəngəzur dəhlizi məsələsinə görə sövq edirik.  O, masada Rusiya, İran və bir çox ölkələr var idi ki, dəhlizin açılmasını istəyir, yaxud əksinə. Bu, hər kəsin gözü önündə bütün dünyaya verilən mesajdır ki, Azərbaycan bölgənin siyasi həyatına, həm də  dünyanı maraqlandıran önəmli məsələlərə müdaxilə edir, öz maraqlarını qoruyur. Bu maraqlarla açıq-aşkar çıxış edə bilir. Bu gün artıq Azərbaycan ordusu 2020-ci ildəki əməliyyatlardan sonra bölgənin status-kvosunu dəyişib".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib.

Digər bir məsələ ermənilərin basdırdığı minaların təmizlənməsinə 30 il vaxt lazım gəldiyi idi. Bu da onu deməyə səbəb verir ki, İlham Əliyev artıq bir mesaj göndərir ki, Azərbaycan hər şeyin fərqindədir, öz haqqını müdafiə edəcək. Ermənilərin cinayətlərinin dünyaya çatdırılması, Zəngəzur məsələsinin qabardılması göstərir ki, Azərbaycan istənilən siyasi masada aktiv ölkələrdən birinə çevrilib. Hazırda sülh prosesləri haqqında danışıqlar gedir və 5 məsələ üzərində dayanılır. Həmin məsələlərin hər birini Azərbaycan tərəfi tələb edir. Hər şey ümumilikdə türk dünyasının xeyrinə dəyişməyə başlayıb. Yaxın gələcəkdə bütün bunların daha uğurlu nəticələrini görəcəyik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31