Bahar Muradova Böyük Britaniya səfiri ilə nədən danışıb? - ÖZƏL

"Bu gün Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri   @FerqusAuldFCDO ilə keçirdiyimiz görüşdə ölkələrimiz və xalqlarımız arasında əlaqələrin müxtəlif istiqamətləri haqqında danışdıq. Dövlət Komitəsinin fəaliyyət istiqamətləri, iki və coxtərəfli formatda, həmçinin beynəlxalq təşkilatlar, o cümlədən BMT qurumlarının layihələri çərçivəsində əməkdaşlığın vəziyyətimə dair fikir mübadiləsi apardıq". Olaylar" xəbər verir ki, bunu deyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın sözlərinə görə, gender əsaslı selektiv seçim, pandemiyadan və müharibədən zərərçəkmiş, təhlükəli vəziyyətdə olan qadınlar və ailələr, erkən evlilik və gender əsaslı şiddət məsələləri sahəsində son illərdə görülən işlər diqqət mərkəzində oldu: "Azərbaycanla Ermənistan arasında sülh quruculuğu, mina təhlükəsi və sərhədlərin delimitasiyası sahəsində ölkələrimiz arasındakı mümkün əməkdaşlığın genişlənməsinin vacibliyini vurğuladıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31