Makron utanmadan Qarabağı mübahisəli ərazi sayır - ÖZƏL
13 Oktyabr 2022 14:30 Siyasət"İkinci erməni dövləti olan Fransa Senatda Azərbaycan əleyhinə çıxaracağı qərarla, öz vasitəçiliyini legitimləşdirməklə bizi yıpratmağa çalışır. Fransa prezidenti Makron da bütün siyasi tərbiyə sərhədlərini aşaraq açıq-aşkar Azərbaycanın ərazi bütövlvlüyünü şübhə altına alır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Fazil Mustafanın sözlərinə görə, Makron utanmadan Qarabağı mübahisəli ərazi sayır və burada ruslarla azərbaycanlıların əlbir olduğunu vurğulayaraq Fransanın hərbi gücünü bölgəyə soxuşdurmağa təşəbbüs edir: "Azərbaycan dövlət olaraq böyük bir tarixi problemi əsasən həll edib. Sərhəddə möhkəmlənmişik, yolları çəkmişik, minalarıın çoxunu təmizləmişik, hava limanları tikmişik, şəhərləri bərpa edirik, az sayda da olsa köçkünlərimizi bölgəyə köçürmüşük, torpağın real sahibiyik. Lakin azərbaycanlıların bir çoxu hələ də öz dövləti ilə problemlərini həll edə bilmirlər. Umduqları, narazı qaldıqları, ədalət axtardıqları bu dövlətdən həm də İran ayətullahları və fransız ermənisi Makron da narazıdır. Ayətullah Makronun son çıxışları vaxtilə Aqanbeqyanın çıxışı kimi nəticəyə yönəlmiş proqram xarakteri daşıyır. Bu proqramı dağıtmaq üçün sadəcə dövlətimizin inamla yürüdüyü yolu dağıtmamaq lazım. Makronun çıxışı göstərir ki, hələ müharibə qurtarmayıb, ancaq nədənsə bizlərin çoxunun qafasında bitmiş bu savaş, çoxumuz rahatlıqla məşhur filmdə olduğu kimi dövlətin qarşısına keçib "pulumu verin!", "haqqımı verin!" deməyə tələsirik. Bəlkə hamını tam qane edən şəkildə olmasa da, öz imkanları ilə bunu da səmimi şəkildə edir Azərbaycan dövləti. Haqq, ədalət, hüquq olacaq, həm də o halda olacaq ki, öz ərazisinin hər qarşında sözü keçən dövlət olsun!"