Radikal erməni qrupları Azərbaycanın diplomatik missiyasına qarşı müharibə elan ediblər
13 Oktyabr 2022 13:07 Siyasət"Azərbaycanın ABŞ-dakı səfirliyinin xidməti nəqliyyat vasitəsinə hücum birmənalı olaraq bütün dünyada Azərbaycanın diplomatik missiyasına qarşı ekstremist radikal erməni qruplarının elan etdiyi müharibədir". "Olaylar" xəbər verir ki, bu fikirləri politoloq Yeganə Hacıyeva öz sosial şəbəkə səhifəsində paylaşıb. Qeyd edib ki, bu müharibə müxtəlif qitələrdə - Avropa, Yaxın Şərq və Amerikada gedir: "Bu ekstremist radikal erməni qrupların bundan öncə də Türkiyəli diplomatlara qarşı 80-ci illərdə elan olunmuş müharibənin ikinci dalğasıdır və bu müharibə hal-hazırda Azərbaycana qarşı elan olunub. Müşahidələr onu deməyə əsas verir ki, bu hadisələrin sanksiyası birmənalı olaraq ABŞ Konqresində yerləşən erməni lobbi qrupu ANCA tərəfindən verilib. 80-ci illərdə ABŞ-da Türkiyəli diplomatlara qarşı hücumların istintaqı diplomatların izlənməsində başqa bir ölkənin kəşfiyyatının izlərini aşkar etmişdi..."