Azərbaycan Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə Katiblik yaradıb
13 Oktyabr 2022 13:01 SiyasətAzərbaycan Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə Katiblik yaradıb.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Belə ki, Baş nazir Əli Əsədov Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə yaradılmış Dövlət Komissiyasının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər barədə qərar imzalayıb.
Qərara əsasən Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyinin yaradılması, fəaliyyət istiqamətləri və təşkili müəyyən edilib.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31