Türk dünyasının əzəmətli birliyinin maddi təməlləri möhkəmləndirilir - ÖZƏL
13 Oktyabr 2022 12:30 Siyasət" Tarixi günlərə şahidlik edirik. Gözlərimizin qarşısında türk dünyasının əzəmətli birliyinin maddi təməlləri möhkəmləndirilir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Musa Qasımlının sözlərinə görə, cənab Prezidentimiz İlham Əliyevin qardaş Qırğız Respublikasına rəsmi səfəri zamanı imzalanan sənədlər hər iki türk xalqının ürəyindən olmaqla yeni bir tarixin yaradılmasıdır: "Azərbaycan-Qırğız sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun mətbuata bəyanatlarında söylədikləri iki fikri xüsusi qabartmaq istəyirəm. Prezident Sadır Japarov: "Bu gün biz münasibətlərimizin strateji xarakterini bir daha təsdiqlədik, onları ən yüksək səviyyəyə çatdırdıq ki, bu da əcdadlarımızın tarixi vəsiyyətidir". Prezident İlham Əliyev: "Nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq. Biz qardaş Qırğızıstan xalqını, eləcə də digər tərəfdaş ölkələri bu mühüm layihənin icrasına başlanması münasibətilə təbrik edirik".