Ermənilər sülhdən yaxşı heç nəyin olmadığının fərqinə varacaqlar - ÖZƏL

"Dövlət rəhbərləri gərək düzgün siyasət qursunlar. Bir qayda olaraq xalqlar deyil, onları idarə edən rəhbərlər dövlətlər, xalqlar arasında nifaq yaradır, problemlərə yol açırlar".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Rüfət Quliyev səsləndirib.  Millət vəkili qeyd edib ki, bir qayda olaraq dövlət rəhbərləri, onları idarə edən şəxslərin doğru olmayan qərarları, siyasətlərindən isə daha çox xalqlar, vətəndaşlar əziyyət çəkirlər: "Necə ki, son 300 ildə erməni xalqının beyninə onları idarə edənlər antitürk, antiAzərbaycan fikirlərini salıb, bir ideologiyaya çeviriblər. Ancaq hesab edirəm ki, vaxt, zaman gələcək və onlar da sülhdən yaxşı heç nəyin olmadığının fərqinə varacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31