Prezident İlham Əliyev Pakistan Baş nazirini Azərbaycana səfərə dəvət edib
12 Oktyabr 2022 21:52 SiyasətPakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.
Olaylar.az xəbər verir ki, Astanada keçirilmiş görüşdə Azərbaycan Prezidenti Pakistana səfər etmək niyyətində olduğunu bildirib və öz növbəsində Baş nazir Şahbaz Şərifi ölkəmizə səfərə dəvət edib.
Pakistanın Baş naziri Azərbaycana məmnuniyyətlə səfər etmək niyyətində olduğunu deyib.
Şahbaz Şərif Pakistan xalqına göstərdiyi yardıma görə dövlətimizin başçısına təşəkkürünü ifadə edib və ölkəsinin baş vermiş selin nəticələrindən hələ də əziyyət çəkdiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31