Rusiya ordusu insanların sıx olduğu mərkəzi bazarı vurub: Ölənlər və yaralılar var - FOTO
12 Oktyabr 2022 14:56 SiyasətRusiya ordusu Ukraynanın Donetsk vilayətinin Avdeyevka qəsəbəsini raket atəşinə məruz qoyub.
Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "Unian"-ın məlumatına görə, Donetsk vilayətinin rəhbəri Pavel Kirilenkonun sözlərinə görə, Rusiya ordusu qəsəbənin mərkəzində olan və həmin an insanların sıx olduğu mərkəzi bazarı vurub:
"Hücum nəticəsində azı yeddi nəfər ölüb, səkkiz nəfər yaralanıb. Bu cür atəşlərin heç bir hərbi məntiqi yoxdur - yalnız mümkün qədər çox insanımızı öldürmək və başqalarını qorxutmaq məqsədi güdülür".
Pavel Kirilenko sakinlərə müraciət edərək onları təhlükəsiz yerə təxliyə olunmağa çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31