Orta Asiyada tarixi hadisə yaşandı
12 Oktyabr 2022 14:15 Siyasət"Orta Asiyada tarixi hadisə yaşandı. Özbəkistan və Qırğızıstan Sovetlərin miras qoyduğu düşmənçiliyi, bütün mübahisəli əraziləri, şirin su davalalarını kökündən bağladılar". "OLAYLAR" xəbər verir ki, bu fikirləri sabiq millət vəkili Sona Əliyeva səsləndirib. O qeyd edib ki, Özbəkistan-Qırğızıstan sərhədində indiyə qədər qardaş qırğınına, silahlı insidentlərə səbəb, onlarla mübahisəli ərazi var idi: "Sizin torpağınız daha azdır deyərək Özbəkistan mübahisəli torpaqları Qırğızıstana bağışladı. Mübahisəli ərazilərdən Özbəkistan özünə Kempir-Abad su anbarını götürsə də istifadəsi hər 2 ölkənin təmsilçilərinin quracağı müştərək müəssisə tərəfindən həyata keçiriləcək".
Sona Əliyeva onu da bildirib ki, görüşün arxasınca Qırğızıstan KTMT-nin hərbi təlimlərində iştirakdan imtinası ilə Rusiyanın hazırladığı "Toxunulmaz qardaşlıq" təlimləri ləğv olundu: "Özbəkistan isə üzünü Azərbaycana çevirərərk, hərbi-texniki əməkdaşlıq haqqında sazişlər imzaladı".