Krım körpüsünün partladılmasına görə Ermənistanda cinayət işi açıldı
12 Oktyabr 2022 14:21 SiyasətErmənistanda Krım körpüsündə baş vermiş partlayışla bağlı cinayət işi açılıb.
Ermənistan Baş Prokurorluğu bununla bağlı açıqlama yayıb.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Krım körpüsündə partlayışın təşkilində iştirak etdiyinə görə, 8 nəfəri saxladığını açıqlayıb.
FTX-nin məlumatına əsasən, saxlanılan şəxslərdən beş nəfəri Rusiya, üç nəfəri Ermənistan və bir nəfəri Ukrayna vətəndaşıdır.
Partlayıcı qurğu Odessa dəniz limanından Bolqarıstana, oradan Gürcüstanın Poti limanına, daha sonra isə Ermənistana daşınıb. Oktyabrın 4-də qurğu Yuxarı Lars keçid məntəqəsindən Rusiya-Gürcüstan sərhədini keçib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31