İlham Əliyev: Əminəm ki, Azərbaycan-Qırğızıstan arasında qardaşlıq münasibətləri yeni dinamika, yeni stimul alacaq
12 Oktyabr 2022 12:30 SiyasətDünən biz Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışında iştirak etdik. Bu park gözəl müasir istirahət mərkəzi olmaqla yanaşı, bizim xalqlarımızın qardaşlığını da təmsil edir.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimində bildirib.
Dövlətimizin başçısı deyib: "Bu gün bizim yaşadığımız bu əlamətdar hadisələr xalqlarımızın yaddaşında uzun illər boyu dərin iz buraxacaq. Əminəm ki, bizim ölkələrimiz arasında qardaşlıq münasibətləri mənim dövlət səfərimin nəticələrinə görə yeni dinamika, yeni stimul alacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31