Asiya platformasında keçiriləcək görüşlər bizim üçün xüsusilə önəmlidir - ÖZƏL
12 Oktyabr 2022 12:13 Siyasət"Praqada - Qərb platformasında keçirilən ikitərəfli və dörddərəfli görüşlərdən cəmisi 1 həftə sonra Astanada - Asiya platformasında keçiriləcək görüşlər bizim üçün xüsusilə önəmlidir. Çünki Qarabağdakı münaqişənin lehimizə həllində önəmli rol oynayan Putin-Ərdoğan ikilisinin Azərbaycanla Ermənistan arasında qalıcı sülhün əldə edilməsi təşəbbüsünün Qərbin nəzarətinə keçməsiylə razılaşacaqları qətiyyən inandırıcı görünmür və bu səbəbdən, sabah Astanada bu istiqamətdə irəliyə doğru daha bir mühüm addımın atılacağı ehtimalı xeyli böyükdür".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Elxan Şükürlü səsləndirib. O bildirib ki, artıq Azərbayan və Ermənistan xarici işlər nazirlərinin Astanada görüşünün planlaşdırıldığı haqda məlumat yayılıb: "Paşinyanın Astanaya gedib-getməyəcəyi haqda isə hələ rəsmi məlumat verilmir. Mümkündür ki, Ermənistanın baş naziri yenə Qərbin təhrikiylə Astanaya getməkdən yayınsın".