Prezidentin Qırğızıstan səfəri ölkəmizin Türk dünyası ilə əlaqələri baxımından mühüm əhəmiyyət kəsb edir - ÖZƏL

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qırğızıstan Respublikasına dövlət səfəri ölkəmizin Türk dünyası ilə əlaqələri baxımından mühüm əhəmiyyət kəsb edir". Bu fikirləri "OLAYLAR"-a politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki, Azərbaycan həm Türk ölkələri ilə mədəni və humanitar sahədə əlaqələrini möhkəmləndirir, həm də mərkəzi Asiya regionu ilə geniş əməkdaşlıq və iqtisadi tərəfdaşlıq imkanlarını nəzərdən keçirir: "Bunun da həm regiona, həm də ölkəmizin inkişafına mühüm təsiri var. Mərkəzi Asiya ölkələri, o cümlədən Qırğızıstanla Azərbaycanın ortaq tarixi bağları, dərin köklərə bağlanan mədəniyyəti və ortaq Türk dili var. Qırğizıstan orta Asiyada coğrafi baxımdan tarixi İpək yolunun üzərində yerləşən və Cinlə həmsərhəd olan ölkədir. Azərbaycan Qərblə Şərqi birləşdirən və bu istiqamətdə mühüm nəqliyyat layihələri həyata keçirən ölkə kimi bu gün Qərbin Mərkəzi Asiya ölkələrinə qapı rolunu oynayan açar dövlətdir". Politoloq hesab edir ki, bu səfər Azərbaycanın Türk ölkələri ilə daha da yaxınlanlaşması və bu əlaqələrin iqtisadi əsaslarla möhkəmləndirilməsi baxımından bizim maraqlarımıza tam cavab verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31