Astana görüşü nə vəd edir? - ÖZƏL

"MDB Dövlət Başçıları Şurasının oktyabrın 14-də Astanada keçiriləcək iclasında Azərbaycan və Ermənistan liderləri də iştirak edəcək. Və bu, Putin-Əliyev-Paşinyan formatında görüşün keçirilə biləcəyi imkanını da yaradır". "Olaylar"ın məlumatəna görə, bunu deyən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, istisna deyil ki, Moskva Qərbin vasitəçiliyi ilə qurulan təmaslardan tutmuş Praqa anlaşmasına qədər bütün məsələləri arxa plana keçirməyə çalışacaq: "ABŞ Qərb masasındakı anlaşmaları qorumağa və tərəflərin buna sadiqliyini saxlamağa çalışır. Burada diqqətçəkən məqamlardan biri rolların dəyişməsidir. Adətən Rusiya Qərb masasındakı görüşlərdən öncə tərəflərlə "saatları yoxlayırdı", indi bunu ABŞ edir və bu, Cənubi Qafqazda Vaşinqtonun önə çıxdığına işarədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31