Qırğızıstan Prezidenti Sadır Japarovun adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilib - FOTO

Oktyabrın 11-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilib.

Olaylar.az xəbər verir ki, rəsmi qəbulda konsert proqramı təqdim olunub.

Qırğızıstan Prezidenti Sadır Japarov Ulu Öndər Heydər Əliyevlə bağlı fotoalbomu dövlətimizin başçısına təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31