"Biz Azərbaycanla birlikdə TANAP-ın ötürmə qabiliyyətini artırmaq üçün işə başladıq" - Rəcəb Tayyib Ərdoğan

Azərbaycanla birlikdə TANAP-ın ötürmə qabiliyyətini 32 milyard kubmetrə çatdırmaq üçün işə başladıq.

Olaylar.az bildirir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verilən açıqlamasında deyib.

"Biz Azərbaycanla birlikdə TANAP-ın ötürmə qabiliyyətini 32 milyard kubmetrə çatdırmaq üçün işə başladıq. Liviya ilə karbohidrogen sazişi bu ölkənin kontinental sahəsində neft və neft məhsullarının hasilatı sahəsində yeni əməkdaşlıq sahəsi yaradıb", - deyə Türkiyə prezidenti bildirib.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31