Düşmən itirdiyi mövqelər üçün yenidən hücuma keçdi: 30-a qədər itki...
14 Sentyabr 2022 12:24 SiyasətBu gün səhər düşmən tərəf itirdiyi mövqeləri geri qaytarmaq üçün hücuma keçib.
Olaylar.az xəbər verir ki, bu barədə "Caliber" məlumat yayıb.
Bildirilir ki, sentyabrın 14-də səhər saatlarında Ermənistan Laçın və Kəlbəcər istiqamətlərində mövqelərimizi artilleriya atəşinə məruz qoyub.
Mənbələrin məlumatına görə, düşmən də itirdiyi mövqeləri geri qaytarmağa cəhd edib. Lakin bölmələrimiz tərəfindən hücumun qarşısı qətiyyətlə alınıb. Nəticədə düşmən ciddi itkilər verərək (30-a qədər) geri çəkilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31