SON DƏQİQƏ: Azərbaycan mühüm silah istehsal etdi - FOTO

Olaylar.az APA-ya istinadən xəbər verir ki, Bakıda 4-cü Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" və 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə "Securex Caspian" sərgisində 25 kq döyüş elementləri olan birdəfəlik aviasiya konteyneri "ZƏRBƏ-BK1" nümayiş olunur.

Məmulat kiçik kalibrli aviasiya bombalarının bir dəfədə çoxsaylı istifadəsinin təmin edilməsi üçündür.

"ZƏRBƏ-BK1" Hərbi Hava Qüvvələri tərəfindən böyük ərazidə yerüstü hədəfləri (canlı qüvvəni və yüngül zirehli texnikanı) sıradan çıxarmaq üçün nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31