Çəmbərək-Basarkeçər soyqırımı-1918-1919-cu illərdə...
12 Avqust 2022 10:41 SiyasətQismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
Tarixi Qarabağ-Göyçə-Qars karvan, ticarət yolu üstündə yerləşən, eləcə də Türk fatehləri Əmir Teymurun, Şah İsmayılın..., el xeyriyyəçisi Səməd ağa Kəsəmənlinin, Mustafa ağa Şəkərbəylinin..., el qəhrəmanları Cavad Abutalıb oğlunun, İsmayıl Hacı Zeynal oğlunun, Məşədi Hümbətin, Seyid Abuzərin...döyüş-səngər izlərini yaşadan Çəmbərək və Basarkeçər nahiyələrinin Şahdağ, Soyuqbulaq, Qaraarxac və Çalmalı dağlarının ətəkləri, Əmir Əhməd, Sarı Qaya, Sarıyer, Qatarqaya...yaylaqları, Uzun sahilləri 1918-ci ilin yaz-yay aylarının və 1919-cu ilin əvvəllərinin qanlı-qadalı günləri ağrısız, sazaqsız, faciəsiz...ötüşməmişdir...
1914-1918-ci illərdə Osmanlı Türkiyəsinin Qars, İqdır və Ərzurum vilayətlərində-cəbhə xəttində qərarlaşan çar Rusiyasının Qafqaz cəbhəsinin döyüş hissələrini (1-ci Atıcı diviziyası (12 taburdan ibarət) və 8-ci Atıcı alay (6 tabur) əsasında 05 mart 1918-ci ildə yaradılmış Əlahiddə erməni Korpusu tərkibində) təşkil edən nizami-silahlı rus-hay əsgər-zabit heyətinin Gümrü-İrəvan şəhərləri istiqamətində hərəkət edərək Göyçə gölü hövzəsində, Dilican vadisində, eləcə də Çəmbərək-Basarkeşər nahiyələrinin əski Türk-Müsəlman əhalsinin minilliklərlə yaşadıqları (bölgənin bu hissəsində də təbii-coğrafi mənşəli bütün toponimlər milli-etnik tərkiblidir)-Toğluca, Böyük Qarakilsə, Şişqaya, Ərdəniş, Dərəkənd, Babacan, Pəmbək, Hüseynquluuşağı, Ağkilsə, Qaraqoyunlu, Sarıyaqub, Qoşabulaq, Qayabaşı...kəndlərində amansız qətliamlar, etnik-dini soyqırım təcavüzlərini törətmişlər.
XIX əsrin son çərəyi və XX əsrin ilk onilliklərində Təbrizdə, Ərdəbildə, Xoyda (Cənubi Azərbaycanın Marğanlar, Məlikli, Siyahçeşmə, Bəzirgan, Sarısu, Kamalabad, İlanlı...yaşayış məntəqələırində), Qərbi Azərbaycan və Naxçıvanda, Qarabağ və Şirvanda, Lənkəranda... Bütöv Azərbaycanda güclənən, açıq müharibə meydanına çevrilən faciəvi soyqırım yaşantılarına imza atan hay kilsəsi, hay daşnak quldurları, kazak-rus caniləri (Qərbi Azərbaycanda Əlahiddə erməni Korpusunun komandanı, general T.İ.Nazarbekyan (1855-1931), Qərargah rəisi, çar Ordusunun genral-mayoru Y.Y.Vışinski (1873-1920, o, həm də 07 aprel 1917-ci ildən Qafqaz Cəbhəsinin Qərargah rəisi, 1918-ci ildən sonra "Ermənistan" Respublikası Müdafiə nazirliyinin Qərargah rəisi olub), Qərargahın Operativ şöbəsinin rəisi, poruçik M.Nerşov, ştabs-kapitan N.Şumov, podporuçik M.Medvedev, M.Dvernitski, 5-ci erməni alayının Qərargah rəisi, polkovnik A.K.Şneur (1884-1977), Partizan atıcı dəstəsinin başçısı, kazak-polkovnik A.Prekrestov, 1-ci Rusiya Qvardiya alayının komandanı, kazak-podpolkovnik P.Zolotaryev....) Dövlətimizə və Xalqımıza qarşı amansız hərbi-soyqırım yürüşü edənlərin az bir hissəsidir.
Türk dünyasında tarixi-coğrafi mövqeyinə görə strateji əhəmiyyət daşıyan Qərbi Azərbaycan XVIII əsrdən etibarən çar Rusiyasının siyasi-hərbi hədəfində olduğundan bölgəyə 1918-ci ilin mart-aprel aylayında birləşmiş düşmən qüvvələri tərfindən üç istiqamətdən (Alagöz dağı-Gümrü-Dilican boyunca, Dərələyəz-Vedi çayı-Gəyən dağı-Bərgüşad çayı hövzəsi üzrə və Cənubi Azərbaycan-Naxçıvan-Ordubad-Mehri-Gorus məntələrinı əhatə edən cəbhə xətti ilə) davamlı hücumlar edilmişdir.
Qafqaz cəbhəsinin nizamı rus-hay ordusunun əsas cəbhə xəttindən biri, Dilican şəhərində qərargahı, cəbbəxanası və hərbi düşərgəsi yerləşən qüvvələrin hücumuna məruz qalan Göyçə gölünün şərq, cənub və cənub-şərq ərazilərini əhatə edən Şahdağ silsiləsinin qərb hissəsi, Basarkeçər dağlıq silsiləsinin şərq hissəsində və Çəmbərək-Basarkeçər nahiyələrinin Dəlidağ, Soyuqbulaq, Çalmalı dağları ətəklərində yerləşən, yuxarıda adları çəkilən kəndləri də olmuşdur.
Hücumun bu istiqamətə yönəldilməsi həm də Qarabağ bölgəsindən yerli özünümüdafiə qüvvələrinin düşməni təqib edən Osmanlı Türkiyəsinin 5-ci və 36-cı Qafqaz Orduları ilə birləşmə təhlükəsinin qarşısının alınması məqsədi daşıdığı üçün İrəvan Hərbi alayının komandiri, general M.Silikyan (1897-1937, Nuxa qəzasının Oğuz nahiyəsində doğulmuş, çar Rusiyası ordusunun I Dünya müharibəsində 2-ci Qafqaz atici briqadasının 6-cı atıcı alayının, 1918-ciilin yanvar ayından "erməni" 1-ci piyada korpusunun komandanı, bu dəstədə sonralar Sovet İttifaqı Marşalı olmuş İ.X.Baqramyan da (1897-1982) döyüşüb), A.Ozanyan və Dronun quldur dəstələri hücumlarını uğurla başa çatdırmaq üçün əvvəlcə hiyləyə əl atmışlar, barışıq təklifləri irəli sürmüş, sonra isə yerli sakinlərə, 5 min nəfər əhaliyə qarşı amansız qətllər törətmişlər.
Yeni Bəyazid qəzası, Çəmbərək nahiyəsində XIX əsrin 40-50-ci illərində Cənubi Azərbaycandan köçürülən haylar və Volqaboyundan (Tambov, Saratov quberniyalarından) gətirilən ruslar birləşərək düşmən qüvvələrini kəşfiyyat, təxribat səciyyəli məlumatlarla təmin etmiş, onların tərkibində vuruşmuşlar.
Ağbulaq kəndində (1918-ci ildə 80-ə qədər ev olub) A. Ozanyanın, D. Kanayanın (Dronun) dəstələrinə qarşı yerli müdafiə dəstələri güclü müqavimət göstərmişlər, dəstə üzvlərindən Kərbəlayi Məcid, Səməd, Hüseyn, Kaloğlan...düşmənə ağır itkilər verib.
Qəfil və gecələr edilən hücumlardan qorunmaq üçün dinc sakinlər kənddən şərqə 1-2 km aralı Böyük Yalın (2631 m), cənub-şərqdə 7-8 km məsafədə olan Soyuqbulaq dağının (2672 m) ətəklərinə, qayaslarına, zağalarına, meşə-kol sahələrinə sığınmışlar.
1920-ci ildə el qəhrəmanı Səmədi haylar qətlə yetirib, meyidini gətiriblər kəndə, əvvəlcədən verilən məlumata görə onu göstəriblər bacısı Sehran xanıma və deyiblər:
-Sənin qardaşındır? Yox cavabını verib. Onda deyiblər ki, əyər elədirsə, tüpür üzünə.
Bu sözdən sonra Sehran xanım "erməni"cə söyərək hay quldurunun üzünə tüpürüb....Ona ağır işkəncələr versələr də Şəhid bacısı 80-ci illərədək kənddə yaşamışdır (1899-1979).
Yaşlıların dediyinə görə kəndin əsası 1578-1590-cı illər ərzində Osmanlı Türkiyəsindən köçüb gələn ailələr tərəfindən qoyulub.
1960-cı illərin ortalarında da hay-daşnak ünsürləri Çəmbərək nahiyəsinin kəndlərinə (Ağbulaq, Tutcür, Toğluca, Çaykənd, Gölkənd, Qaraqaya...) hücum etməyi gözaltı ediblərmiş, rayon Partiya Komitəsinin I katibi Əli Həsənovun Azərbaycan rəhbərliyinə müraciətindən sonra qırğının qarşısı alınıb (o vaxtlar DTK-nin generalı H.Ə.Əliyev bu məsələ ilə bağlı Çəmbərək rayonunda olmuşdur
Soyqırım-qətliam faciələrinin şahidləri olmuş Basarkeçər nahiyəsinin Pəmbək kənd sakinlərindən Püstə Kərbəlayı Kazım qızının (1837-1957), Abdulla Bayraməli oğlunun (1871-1986), Məhəmməd Allahverən oğlunun (1835-1965), Allahverdi Məhəmməd oğlunun (1862-1982)...söyləmələrinə görə rus-hay quldurları 1905-1906-cı illərdə törətdikləri qırğınları, eyni ilə 1918-1919-cu illərdə də günahsız insanlara yaşadıblar, canını qurtara bilənlər kəndə yaxın "Arıqlığın meşəsi"ndə, meşənin kənarındakı zağalarda gizlənə bilmişlər.
Nahiyənin bütün kəndlərində bu faciələr yaşanmışdır.
Şişqaya kəndində 300 "tüstü" olub, 1918-ci ildə, bu kənddən cənuba 15 km aralıda yerləşən Zağa kəndindəki yerli hay quldurları M.Silikyanın rəhbərliyi ilə həmin ilin aprel ayının 19-da Şişqaya kəndinə basqın etmiş, amansız qətliamlar törətmişlər. Əvvəlcə bütün sılahları yığdıqdan sonra camaatı (yüz nəfərə qədər) barışıq adı ilə Əziz Didarlının qazmasına yığıblar, sonra isə aparıb bir-iki kənarda onları qətlə yetirmişlər. Qapıda gözətçi duran quldurlardan tügəngi ələ keçirərək atəş açıblar, quldurlar duyuq düşüb, damda qalanları (50-60 nəfəri) isə diri-diri yandırıblar.
Meyidlərin içində salamat qalan Kamal Nəzər oğlu (1866-1939) sonradan deyib ki, haylar içəri girib meyidləri süngün ilə vurublar ki, kimsə sağ qala bilər...
Kəndin malı-mülkü də qarət edilib yağmalanmışdır. Sağ qalan K.Nəzər oğlu 18-20 km məsafədə olan Pəmbək kəndinə gəlib.
Həmin qırğınlar barədə sonralar kəndin yüzbaşısı Kor Tanrıverdi (1843-1928), molla İbrahim İbrahim oğlu (1852-1932), el döyüşçüsü Seyid Abuzər (1862-1924)...də məlumat veriblər.
Daha sonra, o da bildirilir ki, rus-hay quldurları ilə əlbəyaxa döyüşə girən yerli müqvimət dəstəsinin üzvləri qənimət kimi ələ keçirdikləri topdan istifadə edə bilməyiblər...
Şahdağ silsiləsinin Xatabala dağının (2652 m) qərb ətəklərində, Qaraarxac dağından (3063 m) başlayan (bu dağın gündoğan yamacı Şəmkir çayının mənbəyidir) Pəmbək çayının sahilində, Göyçə gölündən 2 km aralıda yerləşən Pəmbək kəndində (əski adı-Quşçu dərəsi) törədilən amansız qətliamların faciəsini özündə yaşadan faciəvi olayı quldurlar nahiyənin Ağkilsə kəndindən olan Ustad aşıq Ələsgər Alməmməd oğlunun (1821-1926) şəyirdi əslən Daşkənd kəndindən olan aşıq Nəcəf Allahverdi oğluna (1876-1918), onun dörd oğluna-Şəmistan, Mikayıl, Asdan və İsmayıla yaşatmışlar.
Çaxırlı kəndi yaxınlığındakı Güllütəpəyə (buradan Daşkənd kəndi aydın görünür) qolubağlı gətirdikləri cavan və igid oğulları gözü önündə amansızlıqla qətlə yetirilən Atanın kürəyinə qaynar samovar bağlayıb...doğma kəndinə yola salırlar...
R.S. Qanlı-qadalı tarixi olayların şahidlərinin söyləmələrinə görə 1918-1920-ci illərdə düşmən qüvvələrinin hücumları nəticəsində Qərbi Azərbaycanın yalnız Çəmbərək-Basarkeçər nahiyəsinin kökənli Türk-Müsəlman əhalisi yaşayan 35 kəndi (210-220 ev) qarət edilərək dağıdılmış, yandırılmış, 10 kənd tamamilə yer üzündən silinmiş, 1000 nəfərə qədər dinc sakin amansızlıqla qətlə yetirilmiş, 70-75 tarixi maddi-sakral abidə, dini-ibadət ocağı yerlə-yeksan edilmiş, əski Alban mədəniyyətinin epiqrafik nümunələri hay kilsəsi tərəfindən qarət edilərək aparılmışdır.
R.S.S. Basarkeçər rayon Mərkəzi xəstəxanasının "Travmatologiya şöbəsi"nin (müdir Tatul Xaçaturyan idi) 50 yaşlı həkimi Ağvan Nersesyan 1979-cu ildə öz dindaşlarına-dildaşlarına (şöbə müdirinin qardaşıç, 26-cı Səyyar-Mexanikləşdirilmiş dəstənin Su idarəsinin müdiri Vahaq Xaçaturyana) fəxrlə bildirirdi ki, işlədiyi 25 il ərzində Böyük və Kiçik Məzrə, Kəsəmən, Zod, Böyük və Kişik Qaraqoyunlu... kəndlərindən 80 nəfər Türk-Müsəlman öldürmüşəm, haqqımı və qisasımı almışam.
(Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Basarkeçər nahiyəsinin Hüseynquluuşağı (Nərimanlı) kənd sakini Hacı Novruz İsmayılovun (1932), Pəmbək kənd sakini Bəymalı Gülmalı oğlunun (1950), Cəmbərək nahiyəsi, Ağbulaq kənd sakini Vahid Əhməd oğlu Abbasovun (1956) məlumatlarından istifadə olunmuşdur.)