"Bütün məscidlərdə Azərbaycan bayrağına hörmət olmalıdır"
6 Avqust 2022 11:47 SiyasətOlaylar.az bildirir ki, bu barədə jurnalist Elbəyi Həsənli şəxsi "Facebook" səhifəsində yazıb.
![]()
O qeyd edib ki:
"Tanınmış iliahiyyatçı Hacı Şahin Həsənlinin rəhbərlik etdiyi Məşədi Dadaş məscidi. Foto bu gün çəkilib. Mən bir vətəndaş kimi dindarlarımızın belə bir mövqe sərgiləməsini alqışlayıram. Odlar yurdunun bütün məscidlərində Azərbaycan bayrağına bu cür ehtram sərgiləmək lazımdır...
Bir şeyi də deyim ki, Məşədi Dadaş məscidi XVIII əsrdə təkiyyə məqsədi ilə tikilib. Yəni bu tikilidə öncə İmam Hüseyn məclisləri keçirilib.
Azərbaycanda İmam Hüseynə xalq arasında həmişə xüsusi rəğbət olub. Ancaq biz imkan verməli deyilik ki, Azərbaycan xalqının İmam Hüseynə olan sevgisindən hansı dairələr dövlətimizi sarsıtmaq üçün sui-istifadə etsin. Azərbaycanın dini kəsimi dövlətimizə barmaq silkələyən yabançı mərkəzləri mütəşəkkül şəkildə yerində oturtmalıdır.
Məmməd Əmin bəy və tərəfdarlarının yüksəltdiyi bayraq and yerimiz olmalıdır. Minlərlə şəhidimizin büründüyü bayrağımızı hamılıqla bağrımıza basmalıyıq..."