Çingiz Aytmatov- "Doğan Günəş"
18 İyul 2022 12:53 SiyasətMoskvada ADM-DJEK kinostudiyasında Yeltsin Mərkəzinin dəstəyi ilə çəkilən "Çingiz Aytmatov - doğan günəş" adlı filmdə Ulu Öndər Heydər Əliyev haqqında danışılıb.
Moskvada ADM-DJEK kinostudiyasında Yeltsin Mərkəzinin dəstəyi ilə "ÇINGIZ AYTMATOV - DOĞAN GÜNƏŞ" adlı film çəkilib. Filmin ssenari müəllifləri Aleksey Şipulin və Qriqoriy Naxapetovdur.
Qriqoriy Naxapetovun rejissorluğu ilə çəkilən filmin redaktoru İrina Denisova, mətni isə Aleksandr Drozdov oxuyub. Qeyd edək ki 2008 ci il Qırğızıstanda "Çingiz Aytmatov ili" elan olunmuşdu. Elə həmin il dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun yubiley tədbirlərinə Bakıda start verilmişdi. Birinci və axırıncı yubiley tədbiri Bakıda keçirilmişdi. O zaman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çingiz Aytmatovla birlikdə səfərin təşkilatçısı, türkdilli Dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədovu qəbul etmiş, dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovu 1 nömrəli "Dostluq" ordeni ilə təltif etmişdi.
Elə həmin ilin may ayında Toktoqul Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında Ulu Öndrə Heydər Əliyevin möhtəşəm 85 illik yubileyi keçirilmişdi. Tədbirdə çıxış edən Çingiz Aytmatov Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün nə qədər önəmli oldunu demişdi. Tədbir Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşkilatçılığı ilə baş tutmuşdu.
Xatırladaq ki Ulu Öndərimiz Heydər Əliyevin 85 illik yubiley tədbirində Azərbaycan Respublikası Milli Məclisinin üzvləri Nizami Cəfərov və Gülər Əhmədova, Professor Aqil Hacıyev və Vaqif Arzumanlı, Böyük qrup Azərbaycan Respublikasının mədəniyyət və incəsənət xadimləri, Qırğızıstan Joqorku Keneşinin üzvləri, Dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatov, SSRİ xalq artisti, SSRİ dövlət mükafatı laureatı Bolot Şəmşiyev və başqaları iştirak edirdilər.
Qürurverici haldır ki, Moskvada ADM-DJEK kinostudiyasında Yeltsin Mərkəzinin dəstəyi ilə çəkilən "ÇINGIZ AYTMATOV - Doğan Günəş" adlı filmdə türkdilli Dövlətlərin siyasətinə dəstək fondunun keçirdiyi hər iki tədbirdən fraqmentlər yer alıb.
"ÇINGIZ AYTMATOV - Doğan Günəş" filminə bu linkdən baxmaq olar 50ci dəqiqədən sonra:
Toktoqul Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında Ulu Öndər Heydər Əliyevin möhtəşəm 85 illik yubileyi tədbirinə bu linkdən baxmaq olar:
