Azərbaycanda dövlət-din münasibətləri ən yüksək səviyyədədir

Azərbaycan dini dözümlülüyün mövcud olduğu, dini tolerantlığın qorunub-saxlanıldığı yeganə dövlətlərdən biridir desək yanılmarıq.  Müsəlman ölkəsi olmasına baxmayaraq, ərazisində fəaliyyət göstərən digər dinıərin nümayəndələrinə də böyük diqqət və qayğı, xüsusi həssaslıqla yanaşan Azərbaycan dövləti və onun rəhbərliyi qeyri-islam dininə mənsub olan dini-tarixi abidlərin qorunması, onların zaman-zaman təmri edilib yenidən qurulması istiqamətində addımlar atır.

Ölkə ərazisində dini tarixi abidələrin bərpa edilməsi, onlara yeni həyat verilməsində heç şübhəsiz ki, İslam dininı mənsub dini məkanlar ön sırada gəlir. Bu bir tərəfdən Azərbaycan dövlətinin müsəlman ölkəsi olması ilə bağlıdırsa, digər tərəfdən ölkə rəhbərliyinin, şəxsən Cənab Prezidentin dinə bağlılığı, onu uca tutması, bu sahəyə xüsusi diqqət və qayğı göstərməsi ilə əlaqədardır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 ilə yaxın müddət ərzində paytaxt və regionlarda onlarla məscid və digər ibadət yerlərinin təmir olunub inanclı insanların ixtiyarına verilməsi, Azərbaycanda Cənubi Qafqazın ən böyük məscidi sayılan Heydər Məscidinin inşa olunması, həm Qafqaz Müsəlmanları İdarəsinin inzibati binası sayılan Təzə Pir məscidinin yenidən qurulması, həm də Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının tikilib istifadəyə verilməsi, eləcə də bu kimi onlarla faktların fonunda qeyd etdiyimiz məqam öz təsdiqini tapır. Bu gün respublikanın elə bir regionu yoxdur ki, orada hər hansı bir məscid təmirsiz, baxımsız halda olsun. Bölgələrə səfərləri zamanı orada yerləşən dini-tarixi məkanlar, məscidlərlə yaxından tanış olan dövlət başçısı təmir və ya yenidən qurulması lazım olan ibadət məkanları ilə bağlı müvafiq addımlar atır, mühüm dövlət sənədləri imzalayır.

Bütün bu deyilənlər həm də Azərbaycanda dövlət-din münasibıətlərinin ən yüksək səviyyətə olduğunun göstəricisidir. Ölkəmiz təkcə yerləşdiyi coğrafiyada deyil, eyni zamanda dünyada barmaqla sayıla biləcək respublikalardandır ki, burada dövlət-din münasibətləri ən yüksək səviyyədə qurulub, inkişaf edir. Düzdür, din dövlətdən ayrı olsa da, lakin dövlət din sahəsində baş verən istənilən olaya, inanclı insanların qaldırdıqları məsələlərə, səsləndirdikləri problemlərə dərhal reaksiyasını bildirir, dini kəsimin qaldırdığı məsələni onların istək və arzularına uyğun şəkildə həll edir. Elə bir neçə il əıvvəl Bakının Yasamal rayonunda baş verən məlum hadisələr, keçmiş icra hakimiyyəti başçısının rayon ərazisindəki məscidi sökdürmək niyyətinin olması barədə xəbərlərin ictimailəşdirilməsi və bu olaya dövlətin, şəxsən Cənab Prezidentin sərgilədiyi mövqe deyilənləri təsdiq edir ki, Azərbaycan hakimiyyəti hər zaman ölkənin dini kəsiminin, inanclı insanlarının qayğıları ilə maraqlnıb, onların qaldırdıqları məsələlərin həlli istiqamətində lazımı addımlar atılıb.

Yaxud bir başqa misalları qeyd edək. İstər  İslam dünyasının müqəddəs ayı hesab edilən Ramazan ayında ölkə başçısı Cənab İlham Əliyevin din xadimləri üçün iftar süfrəsi açması, istərsə də bütün müqəddəs aylarda inanclı insanları, ümumən Azərbaycan xalqını təbrik etməsi dövlətin, şəxsən dövlət başçısının dinə, inanclı insanlarımıza olan diqqət və qayğısının təzahürüdür.

Sevindirici hal ondan ibarətdir ki, ölkədə dini ibadət məkanlarına diqqət və qayğı təkcə dövlət qurumları deyil, eyni zamanda qeyri-dövlət təşkilatları, xüsusilə də Heydər Əliyev Fondu tərəfindən göstərilir. Fəaliyyətə başladığı gündən çoxşaxəli fəaliyyətləri ilə yanaşı, qeyd edilən istiqamətlərdə mühüm addımlar atan Heydər Əliyev Fondu və şəxsən onun prezidenti Mehriban xanım Əliyeva son iki ildə daha məhsuldar, daha əhatəli fəaliyyətlər ortaya qoyur. Bu da təbii ki, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilən ərazilərimizdəki məscid və digər dini ibadət məkanlarımızın təmiri, yenidən qurulması ilə bağldıır. Azad edilən ərazilərə səfərlər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ilk olaraq həmin şəhər və rayonlardakı məscidləri ziyarət etməsi, həmin ibadət məkanlarına Qurani-Kərimlər bağışlaması və qısa müddət sonra həmin məscidlərdə təmir işlərinə start verilməsi fonunda bunu aydın görmək mümkündür.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31