Azərbaycan Ordusunun modernləşdirilməsinə dəstək veririk - Ərdoğan
9 İyun 2022 16:25 SiyasətAzərbaycan Ordusu 44 günlük müharibə nəticəsində 30 illik işğala son qoydu. Atəşkəsin davamlı olması üçün Türkiyə və Rusiya hərbçilərinin Birgə Monitorinq Mərkəzində birlikdə xidmət edir.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, Türkiyə Azərbaycan Ordusunun modernləşdirilməsi, təlim-təhsil, minatəmizləmə sahəsində də Azərbaycanla yaxından əməkdaşlıq edir.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31