Zakir Həsənov Türkiyədə Hulusi Akarla görüşüb - VİDEO - FOTO
8 İyun 2022 20:28 SiyasətTürkiyə milli müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin ən böyük təlimlərindən biri olan "EFES-2022" təlimini izləmək üçün Türkiyədə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tvitterində paylaşım edilib.
Görüş zamanı ikitərəfli və regional müdafiə, təhlükəsizlik məsələləri, xüsusilə, hərbi təlim sahəsində əməkdaşlıq və müdafiə sənayesi ilə bağlı fikir mübadiləsi aparılıb.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31