Rusiyadaki antiazərbaycan klanı ilə əməkdaşlıqda buluşanlar

Əli Hüseynli: "Fərrux kəndinin Azərbaycanın nəzarəti altına keçməsi ilə bağlı xəbərin sevincini niyə bölüşmədilər?"

Azərbaycan Ordusu Vətən müharibəsindən sonra dislokasiya işləri apararaq mövqelərini möhkəmlədirməkdə davam edir. Bu prosesin davamı kimi martın 24-25-də aparılan əməliyyatlar nəticəsində Xocalı rayonunun Fərrux kəndi də Azərbaycanın tam nəzarəti altına keçib. Azərbaycanın bu addımından əndişələnən ermənilər haray-həşir qopararaq ən müxtəlif iddialarla çıxış edirlər. Əslində erməni rəsmilərinin "qara məni baçınca, mən qaranı basım" deyiminə hesablanmış  açıqlamaları önların törətdikləri vəhşilkləri ört-basdır etmək məqsədi güdür. Fərrux dağında aşkarlanan insan sümükləri ermənilər tərəfindən tərədilən kütləvi məzarlıqların bariz nümunəsi kimi qəbul edilə bilər. Millət vəkili, Milli Məclisin sədr müavini Əli Hüseynov qeyd edib ki, 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tarixi qələbə qazanaraq 30 il müddətində işğala məruz qalan torpaqlarımızı azad etdi və ərazi bütövlüyümüz təmin olundu. Eyni zamanda Ermənistan faktiki olaraq kapitulyasiya aktına imza atdı və beləliklə, 10 noyabr 2020-ci il tarixində üçtərəfli Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş nazirinin imzası ilə təsdiq olunmuş bəyanat imzalandı: "Sənədə əsasən ərazilərimizin bir hissəsində, tarixi torpaqlarımızda müvəqqəti olaraq Rusiya sülhməramlı kontingenti yerləşdirildi. Fərrux kəndi də həmin ərazidədir. Bu yaşayış məntəqəsinin Azərbaycanın nəzarəti altına keçməsi 10 noyabr  üçtərəfli Moskva Bəyannaməsinin icrası istiqamətində həyata keçirilən tədbirlər planının tərkib hissəsi olaraq ən yüksək səviyyədə reallaşdırılan uğurlu hərbi və siyasi-diplomatik fəaliyyətin nəticəsidir. Ona görə də Azərbaycan Prezidentinin "nəyi, nə vaxt, necə edəcəyi" ifadəsi indi öz yerini bir daha təsdiqləmiş oldu. Xalqımız bu müjdənin sevincini yaşadığı bir zamanda, təəssüf ki, bu tarixi prosesin gedişindən  əndişələnənlər də yox deyil. Məhz mətbuatda Rusiya tərəfinin Azərbaycanın sərt təpkisinə reaksiyasından sonra AXCP sədri Kərimov Əlinin, "cəbhə" funksioneri Fuad Qəhrəmanlının və onların havadarlarının guya "Azərbaycan iqtidarının bacarmadığı işlə məşğul olması" kimi qeybətlər üzərindən dil-dil ötməsi bu şəxlərin Rusiyadaki antiazərbaycan klanı ilə əməkdaşlığının birbaşa sübutudur. Burada maraqlı bir sual yaranır: özlərini vətənpərvər sayan bu şəxslər martın 24-də Fərrux kəndinin Azərbaycanın nəzarəti altına keçməsi ilə bağlı xəbərin sevincini niyə bölüşmədilər, əcəba? Sadə məntiqlə belə çıxır ki, qarşı tərəfin reaksiyasını gözləyirmişlər... Bu baxımdan onların mövqeyinin xəyanətdən başqa adı yoxdur. Tarixi paralellər aparsaq, Kərimov Əli və onun dəstəsinin fəaliyyətində milli xəyanət kimi qiymətləndiriləcək belə faktların müxtəlif tarixi mərhələlərdə dəfələrlə təkrarlandığını müşahidə edə bilərik. Ötən əsrin 90-cı illərində onların Rusuiyadakı Qorbaçov-Yeltsin "demokratları" qruplaşması ilə əməkdaşlığı danılmaz fakt olaraq Azərbaycanın müstəqilliyi əleyhinə işləyirdi. "Rəngli inqilab"ların, "ərəb baharı"nın bir nümunəsini də ölkəmizdə həyata keçirmək istəyən AXCP və üzdəniraq Milli Şuranın 2013-cü ilin Prezident seçkiləri ərəfəsində Rusiyadakı "milyonerlər ittifaqı" ilə isti münasibətlərinin üzə çıxmasını da xatırlatmaq yerinə düşər. 44 günlük Vətən müharibəsi zamanı ölkədə formalaşmış yeni milli birlik və siyasi həmrəylik çağırışına qoşulmayan AXCP bu davranışı ilə milli maraqlara heç də tam uyğun olmayan  bir mövqe sərgiləmiş oldu. Hər zaman olduğu kimi, son aylar Rusiya ilə Ukrayna arasında davam edən müharibə ilə bağlı dünyada yaranmış mürəkkəb geosiyasi vəziyyətdə də Azərbaycan xalqının maraqları naminə ölkə rəhbərinin ortaya qoyduğu çevik diplomatik gedişlərə, uzaq perspektivlərə hesablanmış siyasi kursa xələl gətirmək cəhdləri tamamilə iflasa uğrayıb".

Millət vəkili Kamilə Əliyeva qeyd edib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bölmələrinin öz mövqelərini dəqiqləşdirmələri, Qarabağ regionunun Fərrux dağında mövqe tutmaları nədənsə bəzi dövlətləri və qüvvələri narahat edib və yersiz bəyanat veriblər: "Ermənistanın mövqeyi bəllidir. Ermənistan hər zaman Azərbaycana qarşı qeyri-konstruktiv, yalançı iddialarla çıxış edib, eyni zamanda, dünya dövlətlərinə yaranmış reallıqları başqa istiqamətlərə yönəltmək üçün həqiqətə uyğun olmayan məlumatlar verməyə çalışıb. Ermənistan rəsmiləri və Qarabağdakı separatçılar Qarabağın statusunun müəyyənləşdirilməsi ilə bağlı ATƏT in Minsk qrupunu yenidən proseslərə qoşmaq niyyəti güdürlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışında qeyd edib ki, Qarabağa hər hansı statusun verilməsi haqqında heç bir söhbət gedə bilməz. Ermənistan və onu müdafiə etmək istəyən dövlətlər də bilməlidilər ki, Azərbaycan ərazisində yalnız Qarabağ iqtisadi zonası mövcuddur. Minsk qrupu da çoxdan ölmüş və dəfn olmuş bir qurumdur. Azərbaycan hərbçilərinin Fərrux kəndində və dağında mövqe tutması tam qanunidir. Fərrux dağı strateji cəhətdən elə bir ərazidə yerləşir ki, burada Ağdam rayonunun bəzi kəndlərinə gələcəkdə buraya köçürüləcək sakinlərinin təhlükəsizliyinin təmin edilməsi üçün və Əsgərandan Xankəndinə gedən yola nəzarət etmək baxımından çox əhəmiyyətlidir. Azərbaycan Silahlı Qüvvələrinin bu mövqedə yerləşməsi ilə bağlı Rusiya Federasiyasının Müdafiə Nazirliyinin bəyanatı və Rusiya Sülhməramlı Qüvvələrinin hərəkəti başa düşülən deyil". Onun sözlərinə görə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi vaxtında və qətiyyətli şəkildə Rusiya Federasiyasının Müdafiə Nazirliyinin bəyanatına cavab verdi: "Rusiya Federasiyasının Müdafiə Nazirliyi bilməlidir ki, 2020 ci ilin noyabrında Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli Bəyannamənin 4-cü bəndinə əsasən Ermənistan ordusu və qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan ərazisindən tam çıxarılmalıdır. Qarabağda yerləşən Rusiya Sülhməramlı Qüvvələrinin ən əsas vəzifələrindən biri bu silahlı dəstələrin Qarabağdan tam çıxarılmasını təmin etməkdir. Təəssüf ki, bu vəzifə hələlik icra edilməmişdir. Digər tərəfdən, 2022-ci il fevralın 22-də "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə imzalanmışdır. Bəyannamənin 1-ci bəndində qeyd edilib ki, Rusiya ilə Azərbaycan öz münasibətlərini müttəfiqlik, qarşılıqlı fəaliyyət, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qurulur. Bəyannamənin 18-ci maddəsində də göstərilir ki, Rusiya və  Azərbaycan terrorçuluğa, separatçılığa qarşı birgə mübarizəni özündə ehtiva edir. Rusiya Federasiyasının Müdafiə Nazirliyi və Sülhməramlı Qüvvələri, Rusiya Federasiyasının Prezidenti və Silahlı Qüvvələrinin Ali Baş Komandanının üçtərəfli və ikitərəfli Bəyannamələrindəki imzasına hörmət etməlidirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman Ermənistanla sülh sazişi bağlamağa hazır olduğunu bəyan edib. Bununla bağlı Azərbaycan tərəfi Ermənistana mehriban qonşuluq və qarşılıqlı hörməti özündə ehtiva edən şərtləri təqdim edib. Ermənistan tərəfi bu fürsətdən yararlanmalıdır. Əgər Ermənistan tərəfi başqa fikirlərə düşərsə, Azərbaycan masa üzərindən bu şərtləri geri çəkəcəyi halda onları hansı aqibət gözləyəcəyini başa düşməlidir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31