“Human Rights Watch ermənilərin qaz şousundan öz ampluasına uyğun istifadə etməyə çalışır” - HDİM sədri
26 Mart 2022 14:44 Siyasət"Son günlər Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda qaz kəmərində baş vermiş qəza Ermənistan mətbuatında vəh bir sıra ermənipərəst qərəzli beynəlxalq təşkilatların açıqlamalarında hay-küylü vay-şüvənə çevrilib".
Olaylar.az bildirir ki, bunu mətbuata açıqlamasında Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədri İlham Əliyev deyib.
HDİM sədri bildirb ki, ernməni terrorçu birləşmələrin himayədarları rolunda çıxış edən bəzi xarici qüvvələr bir qədərdə uzağa gedərək qaz kəmərində baş verən qəzanı "hümanitar fəlakət"kimi təqdim etməyə çalışırlar: "Avropa İttifaqının xarici əlaqələr üzrə nümayəndəsi Piter Stano tviterdəki hesabında yazır: "Zərərçəkmiş yerli əhalinin qaz təchizatını təcili olaraq bərpa etmək lazımdır. Avropa İttifaqının tənzimləyici orqanları xüsusən də indiki sərt hava şəraitində onu (qaz təchizatını) işə salmağa çağırır". Azərbaycana qarşı qərəzli hesabatları ilə tanınan Human Rights Watch ermənilərin qaz şousundan yenidən öz ampluasına uyğun istifadə etməyə çalışır. Xüsusilə də, erməni lobbisindən maddi və mənəvi dəstək alan Human Rights Watch-ın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Gogia tvitində son iki həftələrdə ikinci dəfə Azərbaycanın nəzarət etdiyi ərazidən keçən qaz kəmərinə görə "Dağlıq Qarabağ əhalisinin dondurucu soyuqda istiliksiz qaldığını" bildirib. Giorgi Gogia qəzanın hansı səbəbdən baş verdiyini nəzərə almadan erməni lobbisinin sifarişini yerinə yetirməyə tələsib və qərəzli açıqlama ilə çıxış edib. Bu biçarə niyə 30 il ərzində ermənilərin Azərbaycanın ərzilərində ekaloji terrorlar törətdiklərini, yay aylarında Sərsəng Su Elektrik Stansiyasının suyunun kəsilməsinə, qışda isə əraziləri su altında qoyduqlarını qeyd etmir? 30 il ərzində məscidlərimizin dağıdılmasından, tarixi memarlıq nümunələrinin yerlə yeksan olmasından, şəhər və kəndlərimizin yer üzündən silmələrindən, 44 günlük Vətən müharibəsi dönəmində erməni terrorçularının Gəncə şəhərinində mülki əhalini raket atəşinə tutmalarından və onlarla dinc əhalinin öldürülməsindən söz açmır? Səbəb bəllidir- erməni lobbisinin maliyə yardımları Rights Watchı, qondarma təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Gogianın gözlərini kor, qulaqlarını kar edib. ".