Azərbaycan 5 ölkəni 2 milyon dollar dəyərində peyvəndlə təmin edib - Ceyhun Bayramov
18 Mart 2022 14:50 Siyasət2021-ci ildə Azərbaycanın dünya ölkələrinə 30 milyon ABŞ dolları dəyərində humanitar yardım göstərib.
Olaylar.az bildirir ki, bunu Şuşada Azərbaycan-BMT münasibətlərinin 30 illiyinə həsr olunmuş toplantıda çıxış edən xarici işlər naziri Ceyhun Bayramov deyib.
O qeyd edib ki, pandemiya dövründə Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan 80-dən çox ölkəyə humanitar dəstək verib, həmçinin 5 ölkəni 2 milyon dollar dəyərində peyvəndlə təmin edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31