Arnold Şvartsenegger: Bu müharibəni Ukrayna başlatmayıb
18 Mart 2022 13:03 SiyasətOlaylar.az xəbər verir ki, sosial media hesablarından keçmiş Kaliforniya qubernatoru Arnold Şvartsenegger Rusiyanın Ukraynanı niyə işğal etdiyi ilə bağlı həqiqəti əks etdirən doqquz dəqiqəlik video paylaşıb.
O, Rusiya vətəndaşlarına və əsgərlərinə verilən yalan məlumatların qarşısını almaq istədiyini bildirib.
"Rusiyadan olan dostlarıma və Ukraynada döyüşən rusiyalı hərbçilərinə səslənirəm. Bu gün sizə sizdən gizlədilən hadisələr barədə danışacam. Dəhşətli hadisələr baş verir. Lakin sizə acı reallıqdan bəhs etməzdən əvvəl mənim qəhrəmanıma çevrilmiş bir rusdan danışacam. 1961-ci ildə mənim 14 yaşım var idi. Yaxşı bir dostum məni Vyanaya Ağır Atletika üzrə Dünya Çempionatına dəvət etdi. Mən Yuri Petroviç Vlasovu çempionatda 200 kiloqramlıq ağırlığı qaldıraraq qalib gəldiyinin şahidi oldum. Dostum bizi kulisə apardı, qarşımda dünyanın ən güclü adamı dayanmışdı və mənim əlimi sıxdı. Əlim onun əlinin içində itdi. O çox mehriban və istiqanlı idi. Mən o günü heç vaxt unutmadım. Evə qayıtdım və onun fotosunu çarpayımın üzərinə asdım ki, ağırlıq qaldıranda həmişə məni ruhlandırsın. Lakin, atam dedi ki, şəkli oradan götürüm. Dedi özünə almaniyalı, ya da avstriyalı qəhrəman tap. O mənə əsəbləşdi. O rusları II Dünya Müharibəsindəki təcrübələrinə görə sevmirdi.
Lakin mən fotonu oradan götürmədim. Mənim vecimə də deyildi Yuri hansı millətin adından çıxış edir. Mənim Rusiya ilə əlaqələrim kəsilmədi. Hətta daha da dərinləşdi".
Şvartsenegger Rusiya ilə əlaqələrinin möhkəmlənməsində rol oynayan hadisələrə toxunduqdan sonra əlavə edib ki, 14 yaşımdan bu yana Rusiya xalqına hörməti var.
Rus xalqının gücü və ürəyi həmişə məni ruhlandırıb" deyən məşhur aktyor, "Ona görə də ümid edirəm ki, Ukraynadakı müharibə və orada baş verənlər haqqında sizə həqiqəti söyləməyimə icazə verərsiniz. Heç kim tənqidi söz eşitmək istəmir .Amma Rus xalqının köhnə dostu olaraq, inşallah dediklərimi eşidirsiniz. "- Arnold Şvartsenegger bildirib.
Əlavə olaraq o qeyd edib ki, Mən bilirəm ki, sizin hökumət deyir ki, bu müharibə Ukraynanın denazifikasiyası üçündür. Ukraynanın denazifikasiyası? Bu doğru deyil. Ukrayna prezidenti əslən yəhudi olan bir dövlətdir. Hansı ki, həmin prezidentin atasının üç qardaşı nasistlər tərəfindən öldürülüb.
Bu müharibəni Ukrayna başlatmayıb. Müharibəni nasistlər də başlatmayıb. Müharibəni Kreml gücləri başladıb. Bu Rusiya xalqının müharibəsi deyil.
İndi Ukraynada apardığı müharibəyə görə Rusiya bütün dünya ölkələrindən təcrid edilib.
Şvartsenegger həmçinin qeyd edib ki, videoçarxın hazırlanmasında məqsəd rus əsgərlərini münaqişə ətrafındakı şəraitdən daha çox məlumatlandırmağa çalışmaqdır.
I love the Russian people. That is why I have to tell you the truth. Please watch and share. pic.twitter.com/6gyVRhgpFV
- Arnold (@Schwarzenegger) March 17, 2022