İlham Əliyev- tarix yazan lider
23 Dekabr 2021 16:35 SiyasətBu gün Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında ən qabaqcıl yerlərdən birini tutur. Qürürverici bir haldır ki, son dövrlərdə Azərbaycan dövlətçiliyi yüksək templə inkişaf edir. Artıq dünya dövlətləri Azərbaycanın irəli sürdüyü yeni siyasi reallıqların fərqinə varır, ölkəmizi etibarlı siyasi tərəfdaş qismində qəbul edirlər. Millət vəkili Şahin Seyidzadə qeyd edib ki, Azərbaycan hal-hazırda siyasi, iqtisadi, hərbi, mədəni sahələr üzrə inkişafa və əldə etdiyi nəticələrə görə dünyada söz sahibi olan ölkəyə çevrilib: "Bu inkişafın təməlində isə uzaqgörən, uğurlu və realllığa əsaslanan daxili və xarici siyasət dayanır. Ümumilli Lider Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyevin yüksək səyləri və gərgin əməyi nəticəsində Azərbaycan beynəlxalq reytinq cədvəllərində müsbət tendensiyalar üzrə irəliləyərək bölgənin söz sahibinə çevrilən bir ölkə olmuşdur. Heç şübhəsiz, bütün bu nailiyyətlərin təməlində güclü lider İlham Əliyev dayanır.Danılmaz bir faktdır ki, günümüzdə Azərbaycanın bir dövlət olaraq, stabil və inamlı inkişafı məhz cənab Prezidentin liderlik amili ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəfər çalmış və tarix yazan lider olaraq, həyata keçirdiyi müdrik daxili siyasəti və məqsədyönlü xarici siyasət sayəsində Azərbaycanı Cənubi Qafqazın ən güclü dövlətinə çevirməyi bacarmışdır.
İlham Əliyevin prezidentliyi dönəmi Azərbaycan tarixində dünya miqyaslı infrastruktur, iqtisadi, enerji və mədəni layihələrin həyata keçrilməsi, eləcə də daxili siyasətdə mövcud neft kapitalının qeyri-neft kapitalına çevrilməsi ilə yadda qalmışdır. Regionda gerçəkləşdirilən bütün regional layihələrin əsas lokomotivi qismində məhz Azərbaycanın aparıcı rol oynaması və bu layihələrin Cənubi Qafqazda dayanıqlı təhlükəsizlik strategiyasının qurulmasında əhəmiyyətli faktor kimi qiymətləndirililməsində onun rolu danılmazdır. Məhz onun yüksək reytinqi sayəsində bu qəbildən olan dünyəvi layihələrin həyata keçrilməsi ilə ölkəmizin beynəlxalq qurumlar və xarici partnyorlar arasında nüfuzu daima möhkəmlənir, Azərbaycan dünya enerji bazarında həlledici oyunçulardan birinə çevrilmişdir. İlham Əliyevi təəssübkeş lider kimi fərqləndirən əsas xüsusiyyətlərindən biri də, milli maraqlar məsələsində güzəştsiz mövqe tutmasıdır".
Onun sözlərinə görə, Ali baş komandan ikinci vətən müharibəsinə qədər keçən bir zamanda müxtəlif beynəlxaq arenalarda, yüksək kürsülərdə bütün dünyaya Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu və Azərbaycanın bu məsələ barəsində heç vaxt güzəştdə getməyəcəyini bildirir, bölgədə stabilliyin bərqərar olması üçün ədalətin bərpa olunmalı olduğunu hər zaman vurğulamışdır. Bölgədə müxtəlif ölkələrin maraqlarının toqquşduğunu nəzərə alaraq, Cənab prezident Qarabağ məsələsində ikili standart tətbiq edən ölkələrə heç çəkinmədən, açıq və kəskin bir şəkildə münaqişənin həll edilməsi üçün ilk növbədə ikili standartlar siyasətinə son qoyulmalı olduğunu hər zaman qeyd etmişdir: "Bu təəssüfedici halı birmənalı olaraq müxtəlif yüksək tribunalar vasitəsi ilə dünya ictimaiyyətinə çatdıran cənab Prezident, Azərbaycan tərəfinin tarixi ədalətsizliklərlə heç vaxt barışmayacağını və öz ərazisində ikinci erməni dövlətinin yaranmasına əsla icazə verməyəcəyini hər zaman əminliklə vurğulamışdır. Qətiyyətli və birmənalı mövqe sərgiləyən cənab Prezident sözdən-əmələ prinsipinə uyğun olaraq illər sonra Azərbaycan xalqının ən böyük arzusunu reallaşdırmağı bacardı. Bu günki Azərbaycan artıq yeniləşən dünyanın reallıqlarına tam birmənalı olaraq cavab verərək artıq özü bölgədə yeni reallıqlar yaradır. Məhz güclü ölkənin güclü rəhbəri sayəsində artıq regional məsələlərin həllində Azərbaycan əsas aparıcı dövlətə çevrilməyi bacarmışdır".
Alim