Dövlət Gömrük Komitəsi təkzib edir
23 Dekabr 2021 15:08 SiyasətBu gün bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin əməkdaşı Vəliyev Samir Bəhram oğlunun sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə qəza törətdiyi barədə məlumat yayılıb.
Olaylar.az xəbər verir ki, DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov qeyd edib ki, həmin iddialar həqiqətə uyğun deyil:
"Diqqətinizə çatdırıram ki, Vəliyev Samir Bəhram oğlu adlı şəxs gömrük orqanlarında xidmət etmir və yayılan məlumatlar həqiqətə uyğun deyil".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31