Brüssel görüşü Azərbaycanın haqlı tərəf olduğunun göstəricisi idi
23 Dekabr 2021 10:53 Siyasət"Soçi görüşünün ardınca Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün xüsusi siyasi mahiyyəti var. Prezident İlham Əliyevin Brüsselə səfəri diplomatik-siyasi qələbə olaraq yaddaşlara həkk oldu". Bunu deyən millət vəkili Şahin Seyidzadənin sözlərinə görə, bir çox dövlətlərin rəsmi mətbuat orqanlarında Brüssel görüşü barədə məlumat paylaşılıb və paylaşılan məlumatlarda Azərbaycanın haqlı mövqdeyi öz əksini tapıb: "Azərbaycanın diplomatik arenada növbəti uğuru məhz Brüssel görüşüdür. Bu görüşdə danışıqlar əsanasında,qalib dövlətin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycanın sülh tərəfdaşı olduğunu bir daha vurğulaması Azərbaycanın bölgədə sülhün təminatçısı olduğunun göstəricisidir. 44 Günlük vətən müharibəsi və postmüharibə dövründə Azərbaycan beynəlxalq ədalətin təmin edilməsi yönümlü siyasət yürütmüşdür. Azərbaycanın qazandığı şanlı zəfərdən sonra beynəlxalq münasibətlərdən irəli gələrək ortaya qoyduğu yeni siyasi reallıqlar regionda və həmçinin beynəlxalq aləmdə yeni səhifə açmış oldu. Hal-hazırda günümüzdə aktual olan məsələ, Ermənistan və Azərbaycan tərəfləri arasında münasibətlərin beynəlxalq prinsiplərə əsasən tənzimlənməsidir. Münasibətləri tənzimləmək deyərkən yalnızca atəşkəsintəmin olunmasından bəhs edilmir, eyni zamanda hər iki dövlət arasında ümumi bir nəticəyə gəlinməsindən söhbət gedir. Belçikanın paytaxtı Brüsseldə konstruktiv mühitdə keçirilən üçtərəfli görüşün nəticəsi olaraq Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin verdiyi bəyanatın müddəalarında Azərbaycanın əsaslı mövqeyinin təsbit olunduğunu görürük. Avropa İttifaqı prezidenti Şarl Mişel qurumun Cənubi Qafqazda geosiyasi aspektən aktifləşəcəyini vurğulayaraq, məhz bu üçtərəfli görüşdən sonra əldə edilən bəyanatn müddəlarına əsasən gələcək perespektivdə münasibətlərin inkişaf edəcəyini bildirib. Cənubi Qafqaz Avropa İttifaqının siyasətində mühim yer tutur. Xüsusi ilə də Avropa İttifaqı Azərbaycanla da strateji cəhətdən müqavilə imzalanılmasında maraqlıdır".