İranın XİN başçısının Azərbaycana səfəri başladı - YENİLƏNİB

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycanda səfərdədir. İranın Azərbaycandakı səfirliyindən Olaylar.az-a verilən məlumata görə, nazirin təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.O, birgünlük səfər çərçivəsində rəsmi şəxslərlə görüşəcək. Görüşlərdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və aktual regional məsələlər müzakirə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31