“Biz hərb meydanında olduğu kimi, diplomatik müstəvidə də haqlı davamızı davam etdiririk”- Vüqar İsgəndərov
21 Dekabr 2021 16:40 SiyasətOlaylar.az-a Prezident İlham Əliyevin İtaliyanın "il sole 24 Ore" qəzetinə verdiyi müsahibəsi ilə əlaqədar açıqlama verən millət vəkili Vüqar İsgəndərov bildirib ki, Cənab Prezident İlham Əliyevin diplomatik uğurları davam etməkdədir. Biz hərb meydanında olduğu kimi, diplomatik müstəvidə də haqlı davamızı davam etdiririk.
"Cənab Prezident bu sahədə də liderdir. Avropa, Brüssel səfərində Cənab Prezident bir neçə nüfuzlu agentliklərə müsahibə verirdi. Onlardan biri də İtaliya agentliyinə müsahibəsidir ki, burada bir çox mühüm məqamlara toxundu. Belə ki, Avropa oxucularına, dinləyicilərinə Cənab Prezident Azərbaycan həqiqətlərini söylədi. Əsasən də Ermənistanla Azərbaycan arasında olan müharibəyə qədərki vəziyyət, müharibəni şərtləndirən cəhətlər, Ermənistanın mövqeyi və postmüharibə dövründə regionda yeni reallıqlarını yaradılması və bu reallıqları yaradan ölkənin Azərbaycan olduğunu söylədi. Həm də Azərbaycan və İtaliya arasında münasibətlər Azərbaycanın artıq Avropanın qaz ixrazcısı olması və burada çox önəmli rol oynaması konkret İtaliya ilə ölkəmiz arasında olan ikitərəfli strateji münasibətlər, onların ən yüksək səviyyəyə çatdırılması məsələləri qeyd olundu. Cənab Prezident müsahibəsində rengionda yeni yaranmış reallıqlardan bəhs etdi. Artıq Ermənistanın baş nazir ilə bir neçə səviyyəli görüşlərin keçirildiyini və bu görüşlərdə danışılan məsələlər qarşıda ölkəmizdə nələr baş verəcəyi barəsində bir çox önəmli fikirlər söylədi. Bu kontekstlə yanaşdıqda cənab prezident öz fikirlərində çox dərin məsələləri təhlil etdi. Əsas məsələ Minsk qrupu ilə bağlı olan suallar oldu. Cənab Prezident Minsk qrupunun 1992-ci ildə yaranmasını və qısa zaman kəsiyində bu məsələni konkret həll etməli olduğunu söylədi. Lakin 28 il ərzində Minsk qrupunun yalnız status-kvonu saxlaması, sadəcə olaraq bu iki ölkəyə mütəmadi səfərlərin etməsi ilə yadda qaldı. O, söylədi ki, mənim fikrim Azərbaycan xalqının fikridir. Yəni biz bu Minsk qrupunun fəaliyyətindən narazı qalmışıq. Çünki fəaliyyət sıfıra bərabər olub. Ümumiyyətlə biz bu müsahibədə Azərbaycanın haqlı, ədalətli mövqeyinin dünya ictimaiyyətinə doğru -düzgün çatdırılması və Cənab İlham Əliyevin bu məsələlərə çox sərrast və dəqiq toxunması və sadə dillə bunu bütün dünya oxucularına çatdırmasının şahidi olduq. Bu onu deməyə əsas verir ki, diplomatik uğurlarımız Cənab Prezident şəxsiyyətilə, nüfuzulu siyasətçi olması ilə bir daha özünü sübut etdi. Əminliklə söyləmək olar ki, bu siyasət çox uğurludur və Azərbaycanı uğurlu gələcəyə aparan əsas yollardan biridir"