Uğurlara imza atan lider

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin respublikaya rəhbərlik etməsinin 18 ili tamam olur. 60 illik həyatının 18 ilini respublikaya rəhbərlik edən, bundan əvvəl isə dövlətin ayrı-ayrı strukturlarında çalışan İlham Əliyev də atası, ümummilli lider Heydər Əliyev kimi tutduğu bütün postlarda, vəzifələrdə ylnız və yalnız Azərbaycanın inkişafı, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində çalışıb. Digər fəaliyyətləri bir kənara qoyub, təkcə dövlət başçısı kimi 18 illik fəaliyyətinə nəzər saldıqda Cənab İlham Əliyevin ötən illər ərzində ölkəmizin inkişafı üçün necə məhsuıdar, necə səmərəli işlədiyinin şahidi olarıq.

İlham Əliyevin hələ 2003-cü ildə ilk dəfə ölkə prezidenti kimi andiçmə mərasimində söylədiyi fikirlər və xalqa verilən vədlərin qısa zamanda reallaşması xalqda Onun Azərbaycanın sürətli inkişafına nail olacağına böyük inam və etibar formalaşdırmışdı. Ona görə də Azərbaycan vətəndaşları sonrakı seçkilərdə də İlham Əliyevə səs verərək ölkəni Ona etibar etdi.

Qeyd etdiyimiz kimi fəaliyyətini yalnız əhalinin sosial rifah halının yaxşılaşdırılmasına yönəldən İlham Əliyev ötən illər ərzində bu məqsədlə çoxsaylı fərman və sərəncamlar imzalayıb.

Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi bu illər ərzində təkcə sosial sahə, əhalinin rifah halınıın yaxşılaşdırılması istiqamtində deyil, eyni zamanda təhsil səhiyyə, humanitar, eyni zamanda siyasi və iqtisadi sahədə də ciddi uğurlara imza atılıb, nailiyyətlər qazanılıb. Respublikanın şəhər və rayonlarında, hətta ən ucqar kəndlərdə belə təhsil, səhiyyə ocaqlarının tikilib istifadəyə verilməsi ölkəmizin bu sahədə ümumi vəziyyətini xeyli yaxşılaşdırıb, savadlılıq dərəcəsini artırıb. Yaxud siyasi sahədə həyata keçirilən islahatlar ölkədə normal siyasi münasibətlər sisteminin formalaşması, iqtidar-müxalifət dialoqunun reallaşması və siyasi konfurantasiyadan siyasi konfiqurasiyaya keçidi təmin edib. Bir sözlə, İlham Əliyev Azərbaycan tarixinə yalnız və yalnız uğurlara imza atan lider, prezident kimi düşüb.

Milli Məclisin deputatı Tamam Cəfərova Cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinə diqqət çəkərək qeyd edib ki. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti sayəsində ölkədə islahatlar davam etməkdə və uğurla həyata keçirilməkdədir. Onun sözlərinə görə, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların gəlirlərinin artırılması dövlətimizin siyasətində önəmli yer tutur.: "Ölkə əhalisinin rifah halının yaxşılaşdırılması aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl işlər görülüb.

Azərbaycanda yeni sosial islahatlara başlanılıb. Hazırda real maliyyə imkanlarının artması hesabına sosial siyasətin davam etdirilməsi üçün əsaslı zəmin yaranıb. 2021-ci ildən başlayaraq iqtisadiyyatımız bərpa olunmaqdadır, iqtisadi artım sürətlənir, ÜDM ötən 10 ayda 5 faizdən çox yüksəlib. Ölkəmizin maliyyə imkanları artır. Bütün bunları nəzərə alaraq cənab Preizdent yenidən sosial paketlə bağlı artımları davam etdirmək barədə qərarlar verir".

Deputat deyib ki, növbəti ildən əməkhaqlarının, əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması nəzərdə tutulub: "2022-ci ildə əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə cənab Prezidentin tərəfindən oktyabr ayında "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncam imzalandı. Sənədə əsasən, əməkhaqlarının, sosial müavinət və təqaüdlərin, digər sosial ödənişlərin əhəmiyyətli dərəcədə artırılması üçün hökumətə tapşırıqlar verildi. Sərəncamdan irəli gələn məsələlərin həlli məqsədilə artıq əhatəli sosial tədbirlər planı hazırlanıb və büdcədə maliyyə təminatı öz həllini tapıb. 2022-ci ilin dövlət büdcəsi təsdiq edilib və büdcədə sosialyönümlü xərclər ümumi büdcə xərclərinin 46,4 faizini təşkil edir. Yəni həmin xərclərin maliyyə tutumu 13 milyard 851 milyon manata çatdırılıb. Bu, 2021-ci illə müqayisədə 13,5 faiz, yəni 1 milyard 650 milyon manat artım deməkdir. Büdcədə sosialyönümlü xərclərin, yəni 13,8 milyard manat vəsaitin 60 faizi, yəni 8,1 milyard manatı əməyin ödənişi xərcləridir. Demək, artımlar üçün güclü maliyyə təminatı artıq öz əksini tapıb. Bu siyasətə əsasən, dövlət başçısının sərəncamı ilə minimum əmək haqqı 250 manatdan 300 manata qatdırılıb. Minimum əmək haqqının məbləğinin 50 manat və yaxud 20% artırılaraq 250 manatdan 300 manata çatdırılması dövlət və özəl sektorda yüz minlərlə şəxsin əməkhaqlarına əhəmiyyətli dərəcədə təsir edəcək. Belə ki, elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, idman, kənd təsərrüfatı, ekologiya, ətraf mühit, digər sahələrdə çalışan on minlərlə şəxsin əməkhaqlarının artırılmasına öz təsirini gösətərəcək. Xüsusilə də minimum aylıq əmək haqqının gözlənilən artımı ixtisassız işçilərin, aztəminatlı ailələrin, ictimai və sosial işlərdə çalışanların həyat şəraitini yaxşılaşdıracaq".

Deputat qeyd edib ki, Cənab Prezidentin imzaladığı sərəncamlara əsasən təhsil işçilərinin maaşı artırıldı. "Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında" Sərəncama əsasən, diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 30 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılacaq: "2022-ci il yanvarın 1-dən Dövlət ümumi təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 30 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılacaq. Beləliklə, təhsil sektorunda orta aylıq əmək haqqı təxminən 25-30 faiz artaraq təxminən 600 manata çatacaq. Maaş artımlarına büdcədən əlavə 320 milyon manat vəsait ayrılacaq. İnsan amili, vətəndaşların sosial rifahının yüksəldilməsi dövlətimizin başçısının həyat amalıdır, ən başlıca vəzifə kimi qarşıya qoyulub və bu əməli fəaliyyətdə qəbul olunmuş qərar və sərəncamlarda öz əksini tapır. Cənab Prezident bütün varlığı ilə Azərbaycan xalqının xoşbəxt gələcəyinə, dövlətimizin inkişafına və beynəlxalq aləmdə tanınmasına çalışır. İmzalanan sosial sərəncamlar və həyata keçirilən çox mühüm layihələr bunun parlaq nümunəsidir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31