Prezidentin Suqovuşan qəsəbəsinə səfəri
7 Oktyabr 2021 10:35 SiyasətSəbinə Xasayeva: "Qazanılan Zəfərin coğrafiyasının qürurunu vətəndaşlara bir daha yaşatmaqdır"
44 günlük Vətən müharibəsindən sonrakı dövrdə işğaldan azad edilmiş şəhər və rayonlarımızda genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir. Azad edilmiş ərazilərimizə hər etdiyi səfər zamanı yeni bir obyektin, yaşayış kompleksi və mədəniyyət, təhsil ocağının əsasını qoyan Azərbaycan Respublikasının Prezidenti Qarabağda görülən işlərə birbaşa nəzarət edir. Məhz həyata keçirilən məqsədyönlü tədbirlər və iş prosesinə ölkənin birinci şəxsinin birbaşa nəzarəti Qarabağa qayıdışın qısa müddətdə baş verəcəyi əminliyi yaradır. Elə bu günlərdə prezident İlham Əliyevin Cəbrayıl rayonuna, eləcə də Tərtər rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndinə səfəri də bunu bir daha təsdiqləyir. Dövlət başçısının Suqovuşan qəsəbəsinə səfəri və orada verdiyi mesajlar da həm siyasi, həm də regional baxımdan mühüm əhəmiyyət kəsb edirdi. Bu səfər həm də Azərbaycanın güclü iqtisadi potensiala malik olduğu və düşməndən azad edilən hər bir şəhər və rayonumuzu tezliklə abadlaşdıracağının sübutu idi.
Vətən müharibəsindən sonrakı dövr və Qarabağda həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işlərinə diqqət çəkən Milli Məclisin deputatı Səbinə Xasayeva deyib ki, 2020-ci ilin 27 sentyabrı Vətən müharibəsinin başlandığı gün kimi tarixləşdi. Onun sözlərinə görə. Azərbaycan Ordusunun hissələri düşmənin hücuminun qarşısını qətiyyətlə aldı, Azərbaycan Respublikasının Preidenti Cənab İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks-hücuma keçdi, Vətən müharibəsi başladı: "Yüksək döyüş əzminə, qələbə ruhuna malik olan ordumuz düşmənin müdafiə şəbəəkəsini darmadağın etdi, mövqe qələbələri qazandı. Bu qələbələr Böyük Qələbənin başlanğıcı idi. Dünya ictimaiyyəti də, Azərbaycan ictimaiyyəti də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərlərini Zəfərdən sonra Azərbaycanın daxili siyasətinin istiqamətlərinin, quruculuq işlərinin şəbəkəsinin göstəricisi bilir. Ölkə başçısının Kəlbəcərə səfərində Zəngəzurla bağlı dediyi fikirlər Vətən müharibəsində qazanılan Zəfərin qüdrəti ilə həmahəng idi".
Deputat bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Suqovuşan qəsəbəsinə səfəri həm Vətən müharibəsində qazanılan Zəfərin coğrafiyasının qürurunu vətəndaşlara bir daha yaşatmaqdır, həm Vətən müharibəsində şəhid olanlara ehtiramın təzahürüdür, həm də Azərbaycan dövlətçiliyinin dönməzliyinin tarixi təsdiqidir: "Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi Vətən müharibəsində mühüm bir mərhələ kimi tarixləşdi. Suqovuşan mühüm strateji əhəmiyyətə malik olan yaşayış məntəqəsi idi və onun azad edilməsi Azərbaycan Ordusunun qələbə ruhunu daha da yüksəldəcəkdi, düşmənin döyüş əzminə ağır zərbə olacaqdı. Suqovuşan uğrunda döyüşlər ümumən Vətən müharibəsində döyüşlərin ruhunu müəyyənləşdirdi. Azərbaycan əsgəri bu ruhu qələbə ilə tamamladı. 2016-cı ilin Aprel döyüşlərində Talış kəndi uğrunda ağır döyüşlər getmişdi. Son olaraq kəndə ikili nəzarət yaranmışdı. Vətən müharibəsində Talış kəndi uğrunda ağır döyüşlər getdi. Bu istiqamətdə düşmən ciddi müdafiə sədləri qurmuşdu. Vətənpərvərlik belə sədləri dağıtmağa da qadirdir, bu sədlərə sığınanları məhv etməyə də. Döyüşlər ağır olsa da Azərbaycan Ordusu mövqe qələbəsi qazandı, Talış kəndi də, Suqovuşan qəsəbəsi də işğaldan azad edildi".
Səbinə Xasayeva bildirib ki, Vətən müahribəsində hər qələbə ümumi, son qələbəyə xidmət edir, yəni mövqe qələbəsi son döyüşün bir mərhələsi olur: "Talış kəndinin, Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi Vətən mharibəsində ordumuz üçün müəyyən üstünlüklər yaratdı. Bu, Ordumuzun fədakarlığının, döyüşçülərin qəhrəmanlığının nəticəsi idi. Suqovuşan istiqamətində düşmənin xeyli canlı qüvvəsi məhv edildi. Bu itki düşmənin ordusunun döyüş əzmini titrətdi, düşmən necə güclü, qüvvətli, yüksək döyüş hazırlığına malik bir ordu ilə döyüşdüyünü dərk etdi, hiss etdi ki, gələcək döyüşlərdə nəticə etibarilə müharibədə ağır məğlubiyyətə məruz qalacaqdır".
Deputat onu da diqqətə çatdırıb ki, Suqovuşan həm strateji hərbi əhəmiyyətə malik yaşayış məntəqəsi idi, həm də mühüm coğrafi əhəmiyyəti vardı: "Burda ətraf sahələrin əkilib-becərilməsi üçün lazım olan suvarma sistemi məhz Suqovuşan su anbarı vasitəsilə həyata keçirilirdi. İşğaldan sonra bu imkan ciddi şəkildə zəifləmişdi. Vətən müharibsində qazanılan qələbə bu imkanı yenidən qanuni istifadəçisinə qaytardı. Suqovuşan su anbarından Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlar da istifadə edəcəkdir ki, bu da Azərbaycanın iqtisadiyyatı üçün mühüm inkişafın bir çaları olacaqdır. Vətən müharibəsinin ilk həftəsində, konkret olaraq oktyabrın 3-dən Ermənistan ordusu məğlubiyyətin uzaqda olmadığını dərk edirdi. Bu dərk onu qorxu, vahimə içində saxlayırdı. Ermənistan ordusunda ilk fərarilik meyilləri, az sonra fərarilik axını həmin gündən başladı. Döyüş müddətində düşmənin on minlərlə hərbi qulluqçusu döyüşdən yayındı, qaçdı, gizləndi. Ancaq Ermənistanın inforamsiya şəbəkəsi bu faktları ictimaiyyətdən gizlətmək məqsədi ilə yalan informasiyalar yayır, döyüşlər haqqında dezinformasiyalar verirdi. Gerçəkliyi gizlətmək üçün işağldan azad edilmiş yaşayış mıntəqələrini döyüşlər gedən yaşayış məntəqələri kimi təqdim edirdi. Belə informasiyalar yayıldığı ərəfədə çaşqınlıq yaratsa da az sonra reallıq yalanlara inananları da gerçəkliyə inandırırdı. Yəni Ermənistanın siyasi və hərbi rəhbərliyi həm öz ordusunun şəxsi heyətini, həm də əhalini sabahı olmayan yalanlarla ovundurmağa çalışırdı".
Millət vəkilinin sözlərinə görə, Ermənistan Suqovuşan su anbarını da erməniliyə vasitə etmişdi, yəni yay mövsümündə suyu kəsir, qışda suyu açırdı: "Hər iki fəsildə Azərbaycanda aqrar terror yaradırdı. Avropa Şurası Parlament Assambleyasının sessiyalarının birində bu məsələ ilə bağlı xüsusi məruzə təqdim olunmuşdu və nəticədə xüsusi qətnamə qəbul edilmişdi. Ermənistan dövləti ittiham edilmişdi və bu, Azərbaycanın böyük uğuru olmuşdu. 1974-cü ildən 1991-ci ilədək Azərbaycanın 100 min hektarlarla sahəsi burdan suvarılırdı, həmin sahələr 30 il idi ki, erməniliyə görə susuz qalmışdı. Bu iqtisadi terrora da son qoyuldu. İşğaldan azad edilmiş torpaqlarda - Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında mövcud olan su ehtiyatlarının səmərəli şəkildə istifadəsi ilə bağlı konkret işlər görülür, çox ciddi proqramlar icra edilməkdədir.
Sovetlər dönəmində su anbarının yanında Ulu Öndər Heydər Əliyev tərəfindən iki su elektrik stansiyası inşa edilmişdi. Müharibə zamanı düşmən tərəfindən bu stansiyalar da dağıdılmışdı. Zəfərdən sonra bu dağııntı da bərpa edilmişdir. Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsindən sonra "Suqovuşan-1", "Suqovuşan-2" su elektrik stansiyalarının bərpası başa çatmışdır, stansiyalar istismara verilmişdir. Bu stansiyalar bölgəni elektrik enerjisi ilə təmin edəcəkdir. Azərbaycan Respublukasının Prezidenti Cənab İlham Əliyevin Suqovuşana səfəri Vətən müharibəsi iştirakçılarına, şəhidlərə böyük ehtiramın nəticəsidir, Azərbaycan iqtisadiyyatının dinamizminin daha da yüksəldilməsi istiqamətində dövlət proqramlarının yerinə yetirilməsində müəyyən bir mərhələdir".
Süleyman