İrəvanda banlayan serjiglərə, cənubdan "qorxma" demək...

...İran Ermənistan qardaşlığına AZƏRBAYCANDAN baxış

Azərbaycan çox yaxşı təşkil olunmuş və təşkilatlanmış soyuq savaş aparır. Yeni iqtisadi zonalar, onların inkişafı üçün ayrılan dövlət vəsaiti açıq elan edilib. Araz vadisi iqtisadi zonası rəsmən elan olunub. Quru yolla üzü Naxçınava deməkdir bu həm də.

"Şərqi Zəngəzur iqtisadi rayonunun cənubunda - Cəbrayıl rayonu ərazisində yerləşən tarixi Xudafərin körpülərinin olduğu istiqamətdə sərhəd-gömrük keçid məntəqəsinin açılması da sənaye parkının fəaliyyətə başlaması ilə daha səmərəli olar. Eyni zamanda, Cəbrayıl rayonunda logistika mərkəzinin, müxtəlif xidmət və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalı müəssisələrinin yaradılması işğaldan azad edilmiş digər rayonların da bərpasında faydalı olacaqdır". Bu fikirlər isə Azərbaycan Prezidenti İlham Əliyevin "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının yaradılması haqqında" fərmanında öz əksini tapıb.

Üstəlik, Azərbaycan yeni sərhədlərin hərbi-texniki gücləndirmə işlərini sürətləndirib. Bu işlərə Prezident şəxsən nəzarət edir, baxış keçirir. Üstəlik dost və yaxın dövlətlərlə, Türkiyə, İsrail,Pakistan, İtalya və sairlərlə münasibətlərinin müsbət prespektivlərinə dair mesajlar verir.

Iranın hansısa mollası, Serjikin gədalığı da təbii ki, Prezidentin çıxışlarında unudulmur.

Bu siyasi durumun təbii ki, ölkə içərisində izahına ehtiyac var. Çünki bütün prosesdə və ümumiyyətlə, bundan sonra ölkədə baş verəcək bütün məsələlərdə sıravi vətəndaş hazırlıqlı, məlumatlı olmalıdır. Həm fiziki, həm psixoloji və siyasi. Amma daha çox psixoloji və siyasi. Bunun yeganə yolu xalqla ünsiyyətin yaradılmasından keçir. Yəni bu gün Prezident və xalq ittifaqı sadəcə təbliğat işinin tərkib hissəsi deyil. Əsas, vacib hissəsidir. Azərbaycana Prezident-dövlət-ordu-xalq ittifaqı möhkəmlənmək və davam etmək üçün lazımdır. Prezidentin xalq dilində danışması da bunu aydın isbatıdır. O, xalqın istədiyini deyən və icra edə bilən liderdir. Bundan başqa artıq prosesdə, ələlxüsus Iranla münasibətdə bilərəkdən məhvin bir addımlığına gətirilən, milli medianın diçəlişi də duyulmaqdadır. Piar işi, məhz milli media və onun simalarının görə biləcəyi işdir.

***

SÖZARASI: Milli mediada dirilişinin ardıyca, vətəndaş cəmiyyəti qurulmasında son dərəcə önəmli olan QHT sektoru da gəlməlidir. Odur ki, artıq QHT sektorunda ciddi islahatlar mərhələsi başladılıb. Yeni agentlik yaradılması bu işdə ilk addım sayıla bilər. Bu təbii ki, ayrıca söhbətin mövzusudur. Bu haqda növbəti yazılardan birində. İndilik qayıdaq mətləb üstə.

***

Prezidentin son iki gündəki çıxışlarının ardıyca İran rəsmiləri, ona qədərsə bir-neçə Rusiya rəsmisi məsələyə sərt reaksi veriblər. Rusiyadan fərqli olaraq İran rəsmilərinin narahatlığı daha diqqətiçəkən və zərərlidir. Çünki Rusiya dövlət mövqeyindən, İran, dövlət, təhlükəsizlik hətta ərai mövqelərindən dolayı nigaran və narahtdır. Diqət edək, İran-Azərbaycan sərhəttində hərbi təlimlər, ardıyca topların istiqamətini Azərbaycana yönəltmək və din xadimləri, diplomatlar vasitəsi ilə hücumlarıdan sonra top mərmisi ilə hədələyirlər. Bu situasiyada xatırlatmağın yeri var. İranın indi top tuşoladığı Azərbaycan illər əvvəl ABŞ ordusuna Azərbaycan ərazisindən İranla savaşa başlamaq izni vermədi. Və buna görə çoxsaylı hücumlara, sanksiyala məruz qaldı. İndi bu toplar və hədələr gülməli görünür. Üstəlik,

- İran hakimiyyəti ermənipərəst siyasət yürüdür;

- İranın Ermənistanı dost, qardaş dövlət sayır;

- Ermənistana bütün dövrlərdə dəstək verir. Xatırladım ki, bu dəstək 90-cı illərdə daha çox "fayda" vermişdi. Məsələn, Şuşanın işğalında İranın danılmaz rolu oldu;

- İşğal olunan ərazilərdə daşlar belə iranlı işbazlar tərəfindən daşınıb;

- İşğal dövründə Ermənistanla İran arasında iqtisadi əlaqələr, birgə iqtisadi layihələr də həyata kelirildi;

- Ermənistan və İran rəsmilərinin qarşılıqlı səfərləri, ikitərəfli əlaqələri gücləndirildi. Yeri gəlmişkən, Ermənistanın xarici işlər nazirinin İrana son səfəri və prespektiv münsibətlərin geniş müzakirəsi danılmaz faktdır;

- İranın əyalət mollası Amili ilə hədə gəlməsi nin effetsizliyini görüb daha yüksək postluların hərəkətə gətirilməsi;

Bütün bu sadalananlar İranın Azərbaycan içində illərdir saxladığı münasibətlərin aşkara çıxarılması göstərisidir. Ancaq İranın keçirdiyi son hərbi təlimlərdən dolayı aldığı mənəvi zərbələr fktını da danmaq olmaz. Dünya mediası, sosial şəbəkələr bu gün təlimdə İranın öz texnikasını vurması, dörd hərbçinin ölümü habelə İran ordusundakı boxqurdlar, üstəlik İranın siyasi dairələrində Hizbullah gücünün nəhəngliyini ortaya çıxardı. Və bəzi sualları çıxardı ortaya. Maraqlıdır, İran son 30 ildə niyə təlimlər keçirmirdi? İndi məqsədi nədir? Ermənilərlə aşkar qarşdaşlıqları son kartlardandırmı? Azərbycana nifrət və antipatiyanın kökündə nə durur? Müsəlman həmrəyliyi duyğusu harada qaldı İranın? İran Azərbaycan torpaqlarını zəbt edib viran qoyan, məscidləri təhqir edən Ermənistana niyə barmaq silkələmirdi? Əslində bu, cavabı olan suallar kateqoriyasından olan suallardır. Yəni əslində illər öncə də, indi də, münasibətlərin pozulmamasında humanistlik göstərən tərəf Azərbaycan olub deməkdir bu həm də.

-Əks halda, İran azından bu gün dini ocaqların bərpası işində Azərbaycanın yanında olardı;

- Müharibə dövründə Ermənistana silah-sursat, yanacaq, qida, hərbi təyinatlı yüklər daşımazdı;

- Müharibədən sonra belə Qarabağa qaçaqmalçılıq yolu ilə yanacaq daşınmaqdan az da olsa çəkinərdi;

- Azərbaycanın bununla bağlı narahatlığını qulaqardına vurmazdı;

Xatırladaq ki, Azərbaycan ərazisi işğal altında olduğu dövrdə əksər müsəlman ölkələr, Azərbaycana dəstək verib. Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı, hətta Cibuti belə Ermənistanla diplomatik əlaqələr qurmadı. Müsəlman aləmində yalnız İran qatı ermənipərəst siyasət yürütdü. İndi bunu daha nümayəşkəranə, daha açıq edir. Məhz bu siyasətin nəticəsidir ki, bu gün dsiyasi mənzərədə İranın əsas dostu Ermənistan sayılır. İranın dost siyahısında Qərb, Şərq, islam ölkələri, xristian ölkələri yoxdur. İran onun kimi danışmayan və davranmayan bütün dövlətləri , hər kəsi özünə düşmən buyurub. Bu təklənmə İrana yaxşı prespektiv vəd etmir. Hər şeyi qatı dindar və hizbullahçılar üzərindən qurmağa çalışırlar. Qatı din, daha dəqiqi dini radikalizm isə nəinki digər dövlətlərə zərərlidir. Hətta bu təşəbbüsü öz dövlətində idarəçilik, dövlət siyasəti səviyyəsinə gətirən ölkələrə yaxşı gələcək ved etmir. Din və dövlət ayrıdır prinsipləri hər dövlət, hər fərd üçün mütləqdir. Bu incə məsələdə zərrəcə səhv etmək olmaz. İransa bu məsələdə təkcə ciddi şəkildə qırmızı xətləri tapdalamır,həm də münasibətləri sərt şəkildə qırır.

Jalə Mütəllimova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31