"Ermənistan  revanşist  iddialarından əl çəkməyib"- Natiq Miri

Sentyabrın 28-də Prezident İlham Əliyevin "France 24" kanalına müsahibəsi zamanı kanalın jurnalisti ölkə başçısından Ermənistanın baş naziri ilə görüşməyə hazır olub-olmadığı ilə bağlı  soruşub. Prezidentin suala  cavabı   politoloqlar tərəfindən də müzakirə olunub.

Olaylar.az-a  bu barədə açıqlama verən politoloq Natiq Miri bildirib ki, indiki  vəziyyətdə Azərbaycan-Ermənistan münasibətləri və bu kontekstdə olan gərginlik müstəvisində, bəzi məsələlərə aydınlıq gətirmək lazımdır ki, ən azından beynəlxalq ictimai rəydə aydınlıq olsun. Çünki ortada çox ciddi dezinformasiyalar var: 

"Bu kontekstdə Ermənistan çox ciddi şəkildə çalışır. Xüsusilə də Ermənistan mediası demək olar ki, hər gün yeni dezinformasiyalar yaymaqla beynəxalq ictimai rəyi çaşdırmaq istəyir.  Düşünürəm ki, bu mövzuda Azərbaycan mediası Ermənistan mediasından geri qalır. Bu gün çox asanlıqla Azərbaycan mediası Ermənistan mətbuatında dərc olunan, doğru olmayan , yalan informasiyaları öz səhifələrində toplayır. Bu da həm Azərbaycan ictimaiyyətinin, həm də beynəlxalq ictimaiyyətin yalanlarla dolu xəbər almasına şərait yaradır. Sual yarana bilər ki, bu niyə belədir? Zamanında Azərbaycan    ictimaiyyətinə dolğun məlumatlar verilmir. Belə olduğu təqdirdə  Azərbaycan mediası mütləq mənada alternativ mənbələr axtarışına çıxır. Bu cür dezinformasiyalar daha çox Ermənistanda və Rusiya mətbuatında mövcuddur. Ona görə də Prezident zaman-zaman  bu cür açıqlamalar verməklə ən azından doğruları, həqiqətləri anlatmaq istəyir. Əslində bu bir məcburiyyətdir. Həqiqətləri hər zaman beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq lazımdır. Əsas  məsələlərdən biri də Ermənistana xəbərdarlıq etməsidir. Fikir verdinizsə  "France 24" televizİya kanalının jurnalisti  bu məsələni daha qabarıq  şəkildə ifadə etdi. Sanki Azərbaycanı  müharibə tərəfdarı kimi, İlham  Əliyevi  ən sərt  ritorika ilə danışan dövlət başçısı kimi təqdim etmək istədi. Ölkə başçısı bu açıqlamanın hansı məcburiyyət qarşısında  qaldığını anlatdı. Söhbət sadəcə Ermənistan dövlətini, xalqını hədələməkdən getmir. Söhbət ondan gedir ki, 44 günlük  Vətən müharibəsindən  bir il keçib.  Demək olar ki, Ermənistanda  bu il ərzində hələ də Azərbaycana qarşı revanşizm iddialarından əl çəkməyiblər. Çox maraqlıdır ki, Ermənistan siyasi müstəvisində əksər siyasi çevrələr hələ də Azərbaycanla müharibədə qondarma "Dağlıq Qarabağ" ərazilərinin itirilməsindən dəm vururlar. Belə olduğu təqdirdə, bu üzdəniraq, revanşist, şovinist erməni xalqının qanı ilə bəslənən faşist ünsürlərə xatırlatmalara ehtiyac var. 10 noyabr sənədi və 11 yanvar bəyənnaməsi var ki,  bunlar 3 dövlət tərəfindən imzalanıb və konkret öhdəliklər götürüb. Çox maraqlıdır ki,  bu öhdəliklər bu günə qədər yerinə yetirilmir. Bunu nə Ermənistan,  nə də təkbaşına üzərinə öhdəlik götürən Rusiya etmir. Ermənistan höküməti yalnız müəyyən manevrlər etməklə, vaxt qazanmağa çalışır. Azərbaycan isə bu vaxtı verəcək durumda deyil. Vaxtı uzatmaq Azərbaycana sərf etmir. Konkret sənəd var və konkret öhdəliklər var. Bu gün  bu sənəd əsasında bu öhdəliklər  birmənalı şəkildə yerinə yetirilmirsə, bu sənədə imza atan şəxslər özlərinə  hörmət etmirsə, bu insanlarla yeni danışıqlara nə hacət?  Hətta danışıqlar olsa belə, istər  ikitərəfli, istər üçtərəfli danışıqlar olsa belə və konkret sənədlər imzalansa, konkret öhdəliklər götürülsə də, icra olunması məsələsi yenə də  ipdən asılı vəziyyətdə qalacaq. Çünki bir öhdəliyi yerinə yetirməyən adam ondan sonra onlarla öhdəlik götürsə belə,  ona etimad olmayacaq. Ona görə ki, bu adam öz imzasına hörmət etmir. İlk növbədə bu yöndə  konkret bir hərəkətlənmə olmalıdır. Biz bunu görmürük. Bütün məsələlər yalnız sözdən ibarətdir. İstər Rusiya, istərsə də Ermənistan tərəfindən.  Əlbəttə ki, bu vəziyyət Azərbaycanı qane etmir. Bu gün Azərbaycan Prezidenti Ermənistanla görüşə "hə" cavabı verə bilər. Bu isə ondan ibarətdir ki, Azərbaycan hər zaman sülh tərəfdarı olub.  Yeni bir müharibə istəmir. Müharibə ölüm deməkdir. Yüzlərlə-minlərlə erməni ölə bilər, ancaq bir Azərbaycan vətəndaşının  ölümü Azərbaycan üçün  böyük itKidir. Azərbaycan sülh tərəfdarı olduğu üçün belə görüşlərə icazə verə bilər, lakin belə görüşlərin olması üçün zəmin yaradılmalıdır. Təəssüf ki, belə bir zəmin yoxdur. Ortada ciddi bir iş olmadan, zəmin yaradılmadan bu cür görüşlərə nə ehtiyac var? Ən azından ortada 28 illik bir təcrübə var. Neçə dəfə ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşlər keçirildi. Nəticə oldumu? Olmadı!  Buna görə də hadisəni, prosesi Azərbaycan mütləq mənada özü yaratmalıdır. Əgər  bunu edəriksə, hər həftə yeni hadisələr yaratmaqla biz  Ermənistanı və onun havadar dövlətlərini arxamızca  sürüməyə vadar edə bilərik. Əmin olun ki, biz sakit oturmuş olsaq, bizim üçün hadisələr yaradılacaq. Hər zaman. Biz də  müharibə  vəziyyətində,   bizim üçün yaradılan proseslərin arxasınca sürünmək məcburiyyətində qalacağıq. Düşünürəm ki , bu cür görüşə hələlik zəmin yoxdur. 10 noyabr bəyənnaməsinin  4-cü müddəası yerinə yetirilməyib. Qanunsuz erməni silahlı  birləşmələri istər Ermənistan ordusu kontekstində , istərsə də  qondarma rejimin terrorçuları, silahlı qvvələri olsun. Bunların hamısı təsirsiz hala gətirilib, silahsızlaşdırılıb, ölkədən çıxarılmalıdır. Belə bir öhdəlik və imza var. Onlar üzərlərinə öhdəlik götürüb yerinə yetirmir. Kommunikasiyalar açılıbmı? Yalnız bir kommunikasiya, o da Laçın dəhlizi. Bu da ona görə açıldı ki, Azərbaycan üzərinə götürdüyü öhdəliyi yerinə yetirsin. Ancaq digər kommunikasiyalarla  bağlı   götürülən öhdəliyə rəğmən hələ də heç nə edilməyib. Zəngəzur dəhlizi açılmayıb. İstər dəmir yolu, istər avtomobil yolu.  Ayrıca sərhəd problemi öz həllini tapmayıb. Bu yerdə bir gərginlik yaşanır. Bu məsələlər həll olmadıqca,biz ortada həll etmək iradəsini  görmədikcə, bu cür mənasız görüşlərə heç bir ehtyac yoxdur.  Bu kontekstdə uzağa gedən nəticələr çıxarmaq lazım deyil"

Mehriban Xəlilli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31