Azərbaycanın mövqeyi QƏTİYYƏTLİ VƏ DƏYİŞMƏZDİR

Prezident İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində yeni şəraitdə Azərbaycanın hədəfləri, regiondaki vəziyyət ilə əlaqədar əhəmiyyətli məqamlara toxundu, dəqiq ismarıclar verdi.

Prezident İlham Əliyev "CNN Türk" televiziya kanalına müsahibəsində yeni şəraitdə Azərbaycanın hədəfləri, regiondaki vəziyyət ilə əlaqədar əhəmiyyətli məqamlara toxundu, dəqiq ismarıclar verdi. Dövlət başçısı Azərbaycanın öz milli maraqlarının və ərazi bütövlüyünün qorunmasında prinsipial mövqedə olduğunu birmənalı şəkildə ifadə etdi. Bir daha şahidi olduq ki, ölkəmizin mövqeyi qətiyyətli və dəyişməzdir. Milli Məclisin deputatı Fatma Yıldırım deyib ki, Azərbaycan Prezidentinin müsahibə zamanı səsləndirdiyi fikirlər, eyni zamanda, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, ermənilərin qara piar kampaniyasının fiaskoya uğradılması baxımından vacibdir: "Dövlət başçısı sülh müqaviləsinin imzalanması, regionda kommunikasiya xətlərinin bərpa olunması və əməkdaşlığın təmini ilə əlaqədar Azərbaycan dövlətinin strateji baxışlarını bir daha ortaya qoydu. Azərbaycan sülh müqaviləsinin imzalanmasının, bölgədə çoxşaxəli əməkdaşlıq mühitinin yaradılması tərəfdarıdır. Xüsusilə də, Zəngəzur dəhlizinin yaradılması məsələsi olduqca aktual və vacib məsələdir. Bu, regionda bütün xalqların və dövlətlərin maraqlarına tam cavab verir. Belə bir şəraitdə Ermənistan isə konkret mövqe ortaya qoymalıdır. Yəni ərazi iddiasından əl çəkməli, ölkəmizin ərazi bütövlüyünü tanımalı və sülh müqaviləsini imzalamalıdır". Onun sözlərinə görə, Ermənistan üçtərəfli Bəyanatın tələblərini tam yerinə yetirməlidir: "Məğlub ölkənin hərbi-siyasi rəhbərliyi anlamalıdır ki, istənilən təxribat cəhdinin və qeyri-qanuni fəaliyyətin qarşısı alınacaq. Ali Baş Komandanımızın qeyd etdiyi kimi, "əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır". Ona görə də Ermənistan regionda vəziyyətin gərginləşməsinə xidmət edən addımlardan çəkinməlidir".

Politoloq  Asif Nərimanlı qeyd edib ki, CNN Türk kanalına müsahibəsində açıq mesajlar verən İlham Əliyevin ardınca Laçın və Kəlbəcərə səfər etməsi Bakının mövqeyinin və atacağı addımların birbaşa yerindən bəyan edilməsi idi.  Prezidentin çıxışında diqqətçəkən üç vacib məsələ bundan sonra atılacaq addımların nələr olacağını da anlamağa imkan verir6 Onlardan biri sərhəd məsələsidir ki,  Əliyevin sərhədlərlə bağlı ritorikası kifayət qədər sərt idi və Azərbaycan Ordusunun tutduğu mövqelərdən geri çəkilməyəcəyini məhz sərhəd bölgəsində elan etdi. Azərbaycan işğal dövründə irəli çəkilən sərhədini faktiki olaraq bərpa edib və hazırda möhkəmlənmə işi aparılır; Bakı İrəvana mesaj verir: geri çəkilmə olmayacaq, ya bu reallığı qəbul et, ya da lazım olacaqsa, hazırki mövqelərdən daha irəli gedə bilərik; Azərbaycan-Ermənistan sərhədində söz sahibi Bakıdır: Prezident bunu sərhəd məsələsinə müdaxilə etmək istəyən üçüncü ölkələrə ünvanladı və açıq şəkildə bəyan etdi ki, "narahat olanlar, su içsinlər". O, bildirib ki, İlham Əliyev Ermənistana və üçüncü ölkələrə açıq şəkildə mesaj verdi: sərhəd boyunca nəzarət məndədir, mövqelərdən geri çəkilməyəcəyik və masada alternativlərdən biri də hərbi variantdır: "Xankəndi məsələsinə gəldikdə Əliyev Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə bağlı Fərmanını xatırladı və qeyd etdi ki, "Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə aid olan rayonlar birləşdi". Bunun yenidən vurğulanması Qarabağda sülhməramlı missiyası üzərindən Azərbaycanın suverenliyinə təhdid yaradan Rusiyaya ünvanlanıb: Xankəndi və ermənilərin yaşadığı digər ərazilər Azərbaycan torpağıdır, bu məsələ rəsmi şəkildə həll edilib, o ərazilərdə Azərbaycan idarəçiliyinin bərpa edilməsinin hüquqi bazası formalaşıb.Eyni zamanda, prezident açıq şəkildə Zəngəzura qayıdış məsələsini elan etdi və bildirdi ki, Zəngəzur dəhlizindən istifadə edərək, azərbaycanlılar Ermənistanın nəzarətində olan yurdlarına qaytarılması reallaşacaq, Zəngəzur və Göyçə mahalına qayıtmaqla bağlı plan mövcuddur. Prezidentin bu mesajının iki hədəfi var. Birincisi, cari dövr hesablanıb: - Azərbaycan bununla Qarabağ məsələsinin bitdiyini və növbəti hədəfinin Zəngəzur olduğunu rəsmi şəkildə elan edir;  Bu, həm də Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması üçün təzyiq rıçağı olaraq istifadə olunacaq. İkincisi, uzaq perspektivə hesablanıb: - Azərbaycan 100 il öncə Ermənistana verilən tarixi torpaqlarından əl çəkməyəcək: Prezidentin toponimlərlə bağlı açıqlaması yeni dövrdə fəaliyyət istiqamətlərindən birinin də məhz Zəngəzurda, Göyçədə adı dəyişdirilən yerlərin tarixi adlarını beynəlxalq müstəvidə təbliğ etmək olacağını deməyə əsas verir. Bakı azərbaycanlıların Zəngəzur və Göyçə mahalına qayıtması məsələsini də beynəlxalq müstəvidə qaldıracaq".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31